Məhkəmə qərarları › İş №e-2(055)-1668/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1668/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1668/2025 14.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 noyabr 2019-cu il tarixli 45/1119-189 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1965,04 manat əsas borc, 53 manat faiz borcu, 41 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, Cavabdeh etirazı əsasında Saatlı Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2(055)-1668/2025 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, 22 noyabr 2019-cu il tarixli 45/1119-189 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1965,04 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit təşkilatı qarşısında öhdəliklərini icra etməmiş və nəticədə iddiaçıya 1965,04 manat əsas borc, 53 manat faiz borcu olmaqla, cəmi 2018,04 manat borcu qalmışdır. Ona görə də 22 noyabr 2019-cu il tarixli 45/1119-189 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh 1965,04 manat əsas borc, 53 manat faiz borcu və 41 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsi nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında iddianı etiraf etməyərək göstərdi ki, onun İddiaçı Bank Olmayan Kredit Təşkilatına kredit borcu yoxdur və iddiaçı ilə onun arasında kredit müqaviləsi bağalnmamışdır. Lakin son məhkəmə hazirlıq iclasında iddiaçının nümayəndəsi iştirak edən zaman xatırlamışdır ki, əvvəllər iddiaçıdan kredit götürərək əmisi oğlu X2 vermişdir. 2019-cu ildə iddiaçı həmin kreditlə bağlı onu banka dəvət etmiş orada bankın əməkdaşı olan Fərid adlı şəxsin məsləhəti ilə oxumadığı sənədləri imzalamış və həmin vaxt bankın əməkdaşı ona demişdir ki, kreditiniz artıq bağlanmışdır. Bundan sonra iddiaçı tərəfindən ona hazırkı kredit borcu ilə bağlı məlumat verilməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 noyabr 2019-cu il tarixli 45/1119-189 kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanı əsasında problemli kreditlərin həlli ilə bağlı Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatına vaxtı keçmiş 1965,04 manat kredit borcunun ödənilməsi məqsədi ilə Cavabdeh və İddiaçı Bank Olmayan Kredit Təşkilatı arasında baglanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 noyabr 2019-cu il tarixli, 45/1119- 189 saylı kredit (restrukturizasiya) müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, 1965,04 manat kredit məbləği illik 1% dərcəsi ilə 60 ay müddətinə ödənilməsi nəzərdə tutularaq rəsmiləşdirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş edilmiş 22 noyabr 2019-cu il tarixli, 45/1119-189 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə kredit borcunun, faizlərin, cərimənin hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatına 08 avqust 2025-ci il tarixə olan vaxtı keçməmiş əsas kredit borcu 0,00 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcu 0,00 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 1965,04 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz borcunun məbləği 53 manat, cəmi borcu 2018,04 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 14 avqust 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Cavabdeh üç gün müddətində 22 noyabr 2019-cu il tarixli, 45/1119-189 saylı müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclası zamanı müəyyən olundu ki, 22 noyabr 2019-cu il tarixli 45/1119-189 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1965,04 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit təşkilatı qarşısında öhdəliklərini icra etməmiş və nəticədə iddiaçıya 1965,04 manat əsas borc, 53 manat faiz borcu olmaqla, cəmi 2018,04 manat borcu yaranmışdır. Ona görə də 22 noyabr 2019-cu il tarixli 45/1119-189 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh 1965,04 manat əsas borcun, 53 manat faiz məbləğinin, 41 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Cavabdeh 1965,04 manat əsas borcun, 53 manat faiz borcunun alınmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin Cavabdeh iddia qarşı etirazının əsası kimi istinad etdiyi hallarla (iddiaçıya kredit borcunun olmadığı, iddiaçı ilə aralarında kredit müqviləsinin bağlanmadığı və 2019-cu ildə iddiçı tərəfindən ona təqdim edilən sənədləri oxumadan imzaladığı) bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh bu halların mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi halları iddiadan yayınma kimi qəbul edərək məhkəmə iclasında verilmiş özünü müdafiə izahatı kimi qəbul edir əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 22 noyabr 2019-cu il tarixli, 45/1119-189 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1965,04 manat əsas borc, 53 manat faiz borcu, cəmi 2018,04 manat borc alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı tərəfindən 41 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 22 noyabr 2019-cu il tarixli, 45/1119-189 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1965,04 manat əsas borc, 53 manat faiz borcu, cəmi 2018 (iki min on səkkiz) manat 04 (dörd) qəpik alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar