Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1685/2025 25.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 50 manat əsas borc, 12 manat komissiya, 26 manat faiz, 209,46 manat cərimə, cəmi 297,46 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2024-cü il tarixli, APP-1049-2626-24 saylı kredit müqaviləsinə əsasən, cavabdehin sorğusu ilə altı ay müddətinə 50 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini yerinə yetirməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 50 manat əsas borcu, 26 manat faiz borcu və 12 manat komissiya borcu yaranmışdır. Müqavilənin 3.7-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən cavabdehə 209,46 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 50 manat əsas borc, 12 manat komissiya, 26 manat faiz borcu və 209,46 manat cərimə olmaqla, cəmi 297,46 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 aprel 2024-cü il tarixli, APP-1049-2626-24 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə 50 manat məbləğində kreditin altı ay müddətinə, 12 manat birdəfəlik komissiya və aylıq 26 % dərəcəsi ilə, ilk beş ay müddətində 13 manat faiz məbləğini ödəməklə, sonuncu ay isə aylıq faiz olaraq 13 manat və 50 manat əsas məbləğin, cəmi 63 manatın ödənilməsini ilə bağlı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 27 iyun 2025-ci il tarixli kredit borcunun, faizlərin və cərimənin hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 27 iyun 2025-ci il tarixə 50 manat əsas borc, 209,46 manat cərimə, 12 manat komissiya və 26 manat faiz borcu olmaqla, cəmi 297,46 manat borcu vardır. İşdə olan 27 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəf cavabdehdən 08 aprel 2024-cü il tarixli, APP-1049-2626-24 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 50 manat əsas borcun və 209,46 manat cərimənin, cəmi 297,46 manat borcun 3 gün ərzində ödənilməsini tələb edilmiş, əks halda məhkəmiyə müraciat ediləcəyini bildirmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2024-cü il tarixli, APP-1049-2626-24 saylı kredit müqaviləsinə əsasən, cavabdehin sorğusu ilə altı ay müddətinə 50 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini yerinə yetirməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 50 manat əsas borcu, 26 manat faiz borcu və12 manat komissiya borcu yaranmışdır. Müqavilənin 3.7 bəndinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən cavabdehə 209,46 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 50 manat əsas borc, 12 manat komissiya, 26 manat faiz borcu və 209,46 manat cərimə olmaqla, cəmi 297,46 manat borcun alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 50 manat əsas borcun, 12 manat komissiyanın, 26 manat faiz borcunun və 209,46 manat cərimənin, cəmi 297,46 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 08 aprel 2024-cü il tarixli, APP-1049-2626-24 saylı müqavilə üzrə tələb olunan 209,46 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 2 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 50 manat əsas borc, 12 manat komissiya, 26 manat faiz borcu və 2 manat cərimə, cəmi 90 manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 02 okyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 08 aprel 2024-cü il tarixli, APP-1049-2626-24 saylı kredit müqaviləsinə əsasən, 50 manat əsas borc, 12 manat komissiya, 26 manat faiz borcu və 2 manat cərimə, cəmi 90 (doxsan) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1685/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1685/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver