Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1714/2025 01.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1111,41 manat əsas borcun və 31,12 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli **********0240 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2286,50 manat məbləğində vaxtı keçmiş kredit borcunu güzəştli şərtlərlə iddiaçıya qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 30 iyul 2025-ci il tarixə 1111,41 manat əsas borcu ödənilməmiş qalmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh 1111,41 manat ödənilməmiş borcun və 31,12 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 oktyabr 2019-cu il tarixli **********0240 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqavilə 2286,50 manat məbləğində vaxtı keçmiş kredit borcunun qaytarılması məqsədi ilə müqavilənin tərkib hissəsi olan kredit cədvəlinə uyğun olaraq illik 1%-lə 60 ay müddətinə ödənilməsi ilə bağlı İddiaçı X1-Bank Kredit Təşkilatı və Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 30 iyul 2025-ci il tarixə 1111,41 manat məbləgində əsas borcu qalmışdır. Əsas borcundan 1175,09 manat, faiz borcundan isə 70,91 manat ödəniş etmişdir. İşdə olan 04 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 09 oktyabr 2019-cu il tarixli **********0240 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli **********0240 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2286,50 manat məbləğində vaxtı keçmiş kredit borcunu güzəştli şərtlərlə iddiaçıya qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 30 iyul 2025-ci il tarixə 1111,41 manat əsas borcu ödənilməmiş qalmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh 1111,41 manat borcun alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 09 oktyabr 2019-cu il tarixli **********0240 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1111,41 manat borcun Cavabdeh alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1111,41 manat borc alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməlidir. İşdə olan 14 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 31,12 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,12 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1111 (bir min yüz on bir) manat 41 (qırx bir) qəpik borc alınıb İddiaçı X1- Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat 12 (on iki) qəpik dövlət rüsumu cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1714/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1714/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver