Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1754/2025 09.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 611,30 manat əsas borc, 28,23 manat faiz borcu və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024, 2025-ci illər uçot dərəcələri üzrə hesablanmış 228 manat faiz məbləği olmaqla, cəmi 867,53 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 2019-cu il tarixli 45/1219-225 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 714,01 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kredit təşkilatı qarşısında icra etməyən Cavabdeh 17 iyul 2025-ci il tarixə iddiaçıya 611,30 manat əsas borcu və 28,23 manat faiz borcu, cəmi 639,53 manat borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi üzrə 2021-ci il üçün yeddi faizlə 42 manat (611 x 7%=42),2022-ci il üçün səkkiz faizlə 48 manat (611 x 8%=48), 2023-cü il üçün doqquz faizlə 54 manat (611 x 9%=54), 2024-cü il üçün yeddi faizlə 42 manat (611 x 7%=42) və 2025-ci il üçün yeddi faizlə 42 manat (611 x 7%=42), ümumilikdə 228 manat faiz məbləği hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 611,30 manat əsas borc, 28,23 manat faiz və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024, 2025-ci illər uçot dərəcələri üzrə hesablanmış 228 manat faiz məbləğinin, cəmi 867,53 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 dekabr 2019-cu il tarixli 45/1219-225 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 611,30 manat məbləğində kreditin verilməsi ilə bağlı İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Kreditin verilmə tarixi 30 dekabr 2019-cu il, kreditin tam qaytarılma tarixi 30 dekabr 2024-cü il müəyyən edilmişdir. Müqavilənin 1.3-cü maddəsinə əsasən kredit illik 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə) verilmişdir. İşdə olan 30 dekabr 2019-cu il tarixli 45/1219-225 saylı kredit müqaviləsi üzrə 17 iyul 2025-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə iddia qaldırılan günə olan vaxtı keçməmiş əsas kredit borcunun məbləği 0,00 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz məbləği 0,00 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 611,30 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz məbləği 28,23 manat, borc üzrə iddia tələbinin cəmi 639,53 manat təşkil edir. Ödənilmiş əsas kredit məbləği 0,00 manat, ödənilmiş faiz məbləği 3,00 manat olmuşdur. İşdə olan 23 iyul 2025-ci il tarixli bildiriş və bildirişin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 611,30 manat əsas borcun, 28,23 manat faiz məbləğinin, cəmi 639,53 manat borcun üç gün müddətində qaytarılması tələb edilməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı-Uçot faiz dərəcəsinə aid axtarış səhifəsindən edilmiş çıxarışdan görünür ki, bank uçot dərəcəsi 2024 və 2025-ci illər üçün yeddi faiz müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, öhdəliyə uyğun olaraq bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 30 dekabr 2019-cu il tarixli 45/1219-225 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 714,01 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kredit təşkilatı qarşısında icra etməyən Cavabdeh 17 iyul 2025-ci il tarixə iddiaçıya 611,30 manat əsas borcu və 28,23 manat faiz borcu, cəmi 639,53 manat borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi üzrə 2021-ci il üçün yeddi faizlə 42 manat (611 x 7%=42),2022-ci il üçün səkkiz faizlə 48 manat (611 x 8%=48), 2023-cü il üçün doqquz faizlə 54 manat (611 x 9%=54), 2024-cü il üçün yeddi faizlə 42 manat (611 x 7%=42) və 2025-ci il üçün yeddi faizlə 42 manat (611 x 7%=42), ümumilikdə 228 manat faiz məbləği hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 611,30 manat əsas borc, 28,23 manat faiz və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024, 2025-ci illər uçot dərəcələri üzrə hesablanmış 228 manat faiz məbləğinin, cəmi 867,53 manat borcun alınmasını tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İşin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh 30 dekabr 2019-cu il tarixli 45/1219-225 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 611,30 manat məbləğində borc öhdəliyini kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə icra etmədiyi üçün iddiaçı tərəfindən cavabdehə qarşı müqavilədə göstərilən illik 1 faiz dərəcəsindən əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bankın illər üzrə uçot dərəcəsinə uyğun olaraq 2021-ci il üçün yeddi faizlə 42 manat, 2022-ci il üçün səkkiz faizlə 48 manat, 2023-cü il üçün doqquz faizlə 54 manat, 2024-cü il üçün yeddi faizlə 42 manat və 2025-ci il üçün yeddi faizlə 42 manat faiz borcu hesablanmışdır. Məhkəmə bununla bağlı hesab edir ki, iddiaçı cavabdehə vermiş olduğu kredit üçün cavabdehdən 2021, 2022, 2023, 2024, 2025-ci il tarixlərinə bank uçot faiz dərəcəsi tətbiq etməklə yenidən beş il müddətinə faiz borcu tələb etməsi restrukturizasiya müqaviləsinin mahiyyətinə və şərtlərinə uyğun deyil, yəni iddiaçı digər əsaslardan çıxış edərək müqavilədə göstərilən bir faiz məbləğindən artıq (əlavə) faiz məbləği tələb etmək hüququna malik deyildir. Buna baxmayaraq iddiaçı tələbində cavabdehə qarşı müqavilə müddətinin bitdiyi tarixdən sonra yəni, 30 dekabr 2024-cü ildən məhkəməyə müraciət elilən tarixədək olan 11 ay müddətini əsas götürməklə bank uçot faiz dərəcəsini 38,50 manat hesablaya bilərdi. Belə ki, bu məbləğ 2024 və 2025-ci illər Mərkəzi Bank tərəfindən hər iki il üçün müəyyən edilmiş 7% uçot dərəcəsi ilə, bir il müddətinə 42 manat (611 x 7%=42) hesablandığı üçün, bir ay müddətinə 3.5 manat (42:12=3.5) olmaqla, 11 ay müddətində 38.50 manat (3.5 x 11=38.50) təşkil edir. Qeyd olunanlardan görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 611,30 manat əsas borcun, 28,23 manat faiz məbləğinin və Azərbaycan Respublikası Mərkəzi Bankının 2024 və 2025-ci il uçot dərəcələri üzrə hesablanmış 38,50 manatın alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 30 dekabr 2019-cu il tarixli 45/1219-225 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 611,30 manat əsas borc, 28,23 manat faiz borcu və Azərbaycan Respublikası Mərkəzi Bankının 2024 və 2025-ci il uçot dərəcələri üzrə hesablanmış 38,50 manat olmaqla, cəmi 678,03 manat alınıb iddiaçı ASEL KREDİT» Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 16 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 30 dekabr 2019-cu il tarixli 45/1219-225 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 611,30 manat əsas borc, 28,23 manat faiz və Azərbaycan Respublikası Mərkəzi Bankının 2024 və 2025-ci il uçot dərəcələri üzrə hesablanmış 38.50 manat olmaqla, cəmi 678 (altı yüz tetmiş səkkiz) manat 03 (üç) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1754/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1754/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver