Məhkəmə qərarları › İş №e-2(055)-1795/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1795/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1795/2025 12.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra - İddiaçı BOKT MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı BOKT MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200 manat əsas borcun, 47 manat faiz borcunun, 207 manat komissiya, 316 manat cərimə borcunun, cəmi 1770 manat borcun və ödənilmiş 37,70 manat dövlət rüsumu məbləğinin alınıb iddaçı İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizə ilə məhkəməyə müraciət edərək işə iddia icraatında baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********005 saylı mikrokredit müqaviləsinə əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 1200 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikrokredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 1200 manat, faiz borcu üzrə 47 manat, xidmət haqqına (komissiyaya) görə 207 manat, cərimə borcu üzrə 316 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddia ərizəsində göstərilmiş kredit borcunu 2024-cü il tarixdə götürmüşdür. Kredit borcunu maddi çətinlikləri olduğu üçün ödəyə bilməmişdir. Lakin hesab edir ki, cərimə borcu çox hesablanmışdır. Cərimə borcu çıxmaqla iddianın digər hissədə təmin edilməsinə etirazı yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli **********005 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 30 gün müddətinə illik 60,85% ödəmək şərti ilə 1200 manat məbləğində mikrokreditin verilməsi ilə əlaqədar İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 03 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli **********005 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə 1200 manat əsas borcu, 47 manat faiz borcu, 207 manat komissiya borcu və 316 manat cərimə borcu, cəmi 1770 manat borcu vardır. Məhkəmə, cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh 30 gün müddətinə illik 60,85% ödəmək şərti ilə 1200 manat məbləğində kredit verilmişdir. Bununla İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli **********005 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ona verilmiş 1200 manat mikrokredit məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazimi qaydada yerinə yetirmədiyinə görə cavabdehin İddiaçı BOKT MMC-yə 1200 manat əsas borcu, 47 manat faiz borcu, 207 manat komissiya borcu və 316 manat cərimə borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Ona görə də, iddaçı İddiaçı BOKT MMC Cavabdeh 1200 manat əsas borcun, 47 manat faiz borcunun, 207 manat komissiya və 316 manat cərimə borcunun, cəmi 1770 manat borcun alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC Cavabdeh əsas borcu, faiz borcunu, komissiyanı və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb olunan 316 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 120 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200 manat əsas borc, 47 manat faiz borcu, 207 manat komissiya və 120 manat cərimə borcu, cəmi 1574 manat borc alınaraq İddiaçı BOKT MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən 37,70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,70 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat əsas borc, 47 manat faiz borcu, 207 manat komissiya, 120 manat cərimə borcu və ödənilmiş 37,70 manat məbləğində dövlət rüsumu cəmi 1611,70 (bir min altı yüz on bir manat yetmiş qəpik) manat pul alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar