Məhkəmə qərarları › İş №e-2(055)-1882/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1882/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1882/2025 07.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 11 oktyabr 2019-cu il tarixli **********0276 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 424,21 manat əsas borc, 13,19 manat faiz borcu və **********0263 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 41,82 manat, ümumi olaraq 466,03 manat əsas borc, 13,19 faiz borcu, cəmi 479,22 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, **********0276 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 bir il güzəşt müddəti müəyyən edilməklə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 424,21 manat və həmin tarixli **********0263 saylı kredit (restrukturizasiya) müqaviləsi ilə eyni şərtlərlə iddiaçıya 195,74 manat məbləğində vaxtı keçmiş kredit borclarını qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatına 06 oktyabr 2025-ci il tarixə **********0276 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 424,21 manat əsas borcu,13,19 manat faiz borcu, **********0263 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 41,82 manat əsas borcu ödənilməmiş qalmışdır. Bundan əlavə müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 11 oktyabr 2019-cu il tarixli, **********0276-950260 saylı və **********0263-950260 zaminlik müqavilələri bağlanmışdır. Ona görə də İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər iki müqavilə üzrə ümumi olaraq 466,03 manat əsas borcun, 13,19 faiz məbləğinin, cəmi 479,22 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 oktyabr 2019-cu il tarixli, **********0276 saylı və **********0263 saylı kredit (restrukturizasiya) müqavilələrindən, müqvilələrin tərkib hissəsi olan ödəniş cədvəllərindən görünür ki, bu müqavilələr 424,21 manat və 195,74 manat məbləğində vaxtı keçmiş kredit borclarının ödənilməsi məqsədi ilə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə, bir il güzəşt müddəti müəyyən edilməklə İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 06 oktyabr 2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, həmin tarixə Cavabdeh1 İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatına **********0276 saylı müqavilə üzrə 424,21 manat əsas borcu, 13,19 manat faiz borcu, **********0263 saylı müqavilə üzrə 41 manat əsas borcu vardır. **********0263 saylı müqavilə üzrə 160 manat ödənilmiş, **********0263 saylı müqavilə üzrə ödəniş edilməmişdir. İşdə olan 11 oktyabr 2019-cu il tarixli, **********0276-950260 saylı və **********0263-950260 zaminlik müqavilələrindən görünür ki, bu müqavilələr 11 oktyabr 2019-cu il tarixli, **********0276 saylı və **********0263 saylı kredit (restrukturizasiya) müqavilələrinin təminatı olaraq İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 16 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin icrasını tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, **********0276 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 bir il güzəşt müddəti müəyyən edilməklə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 424,21 manat və həmin tarixli **********0263 saylı kredit (restrukturizasiya) müqaviləsi ilə eyni şərtlərlə iddiaçıya 195,74 manat məbləğində vaxtı keçmiş kredit borclarını qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatına 06 oktyabr 2025-ci il tarixə **********0276 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 424,21 manat əsas borcu,13,19 manat faiz borcu, **********0263 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 41,82 manat əsas borcu ödənilməmiş qalmışdır. Bundan əlavə müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 11 oktyabr 2019-cu il tarixli, **********0276-950260 saylı və **********0263-950260 zaminlik müqavilələri bağlanmışdır. Ona görə də İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər iki müqvilə üzrə ümumi olaraq 466,03 manat əsas borcun, 13,19 faiz məbləğinin alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı 11 oktyabr 2019-cu il tarixli, **********0276 saylı və **********0263 saylı kredit (restrukturizasiya) müqavilələri üzrə ümumi olaraq 466,03 manat əsas borcun və 13,19 manat faiz məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 466,03 manat əsas borc və 13,19 manat faiz məbləği alınıb İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatına ödənilməlidir. İşdə olan 19 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11 oktyabr 2019-cu il tarixli, **********0276 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 424,21 manat əsas borc, 13,19 manat faiz borcu, **********0263 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 41,82 manat əsas borc olmaqla hər iki müqavilə üzrə cəmi 479 (dörd yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik alınıb İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar