Məhkəmə qərarları › İş №e-2(055)-1899/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1899/2025

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1899/2025 14.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya qaydasında 1250 manat məbləğində sığorta ödənişinin və 32,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 aprel 2024-cü il tarixində Cavabdeh idarə etdiyi “VAZ 21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Saatlı rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz 230” markalı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan Qərara əsasən “VAZ 21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi baş varən zaman Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində PME********** saylı sığorta şəhadətnaməsi üzrə 0574724/01 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1250 manat məbləğində subroqasiya qaydasında sığorta ödənişinin və 32,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 3(055)-301/2024 saylı inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh sürücülük hüququ olmadan 18 aprel 2024-cü il tarixdə Saatlı rayonu Qırağlı kəndi ərazisində “VAZ 21061” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hərəkətdə olan X1 idarə etdiyi “Mercedes Benz C230” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. İşdə olan 12 may 2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, **-LC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” markalı nəqliyyat vasitəsinə 1250 manat məbləğində zərər vurulmuşdur. İşdə olan Saatlı RPŞ-nin DYPB tərəfindən verilmiş avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sğortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 03 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Mercedes Benz C230” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. İşdə olan 11 iyun 2024-cü il tarixli, 83347 nömrəli ödəniş tapşırığından və yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi nəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı 30 iyul 2024-cü il tarixli 0574724/01 saylı sığorta ödənişi aktından görünür ki, 18 aprel 2024-cü il tarixdə Saatlı rayonu Qırağlı kəndi ərazisində “VAZ 21061” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilə “Mercedes Benz C230” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinə görə “Mercedes Benz C230” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi zərərçəkən X2 hesbına 1250 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan icbari sğorta müqaviləsinə dair məlumat və çıxarışdan görünür ki, ban nömrəsi XTA210510M2508340, mühərrik nömrəsi ******* olan “VAZ 21061” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitasinin sahibi X3 tərəfindən 11 may 2023-cü il tarixdən 11 may 2024-cü il tarixədək PME********** saylı müqavilə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Sığorta müddətində həmin nəqliyyat vasitəsi dövlət qeydiyyat nişanı **-BX-*** olmaqla Cavabdeh adına keçirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində “VAZ 21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi PME********** sığorta müqaviləsi əsasında 11 may 2023-cü il tarixdən 11 may 2024-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. 18 aprel 2024-cü il tarixdə “VAZ 21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Saatlı rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz C230” markalı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı qəbul edilən Saatlı Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 3(055)-301/2024 saylı İnzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh sürücülük hüququ olmadan 18 aprel 2024-cü il tarixdə Saatlı rayonu Qırağlı kəndi ərazisində “VAZ 21061” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hərəkətdə olan X1 idarə etdiyi “Mercedes Benz C230” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsinin törədilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində PME********** saylı sığorta şəhadətnaməsi üzrə 0574724/01 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1250 manat məbləğində subroqasiya qaydasında sığorta ödənişinin alınaraq iddiaçının hesabına köçürülməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödədiyi 1250 manat sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh subroqasiya qaydasında 1250 manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş 03 dekabr 2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 32,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi alınaraq iddaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat 50 (əlli) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar