Məhkəmə qərarları › İş №e-2(055)-19/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-19/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-19/2024 24.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanının ödənilməsi ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona dəymiş zərərin əvəzində 3315.30 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdi ki, 18 mart 2023-cü il tarixdə nümayəndəsi olduğu hazırki iş üzrə İddiaçı mülkiyyətində olan “KİA Forte” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolunun 47-ci kilometrliyində hərəkətdə olarkən “Kamaz 5511” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı yük avtomobili onun avtomobili ilə toqquşmuş və hadisə nəticəsində nümayəndəsi olduğu iddiaçının avtomobilinə ümumilikdə 6325 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın 3009.70 manat hissəsi sığorta şirkəti tərəfindənn iddiaçıya ödənilmiş, lakin qalan 3315.30 manat hissə isə cavabdeh tərəfindən bugünədək iddiaçıya ödənilməmişdir. Ekspert rəyi ilə razı deyil. Hesab edir ki, dəymiş ziyanın məbləği iddia ərizəsində göstərilən məbləğdə qəbul edilməlidir. Sonda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, 18 mart 2023-cü il tarixdə Bakı-Qazax yolunun 47-ci kilometrliyində İddiaçı mülkiyyətində olan “KİA Forte” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi “Kamaz 5511” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuş və onun təqsiri ucbatından hadisə nəticəsində iddiaçının avtomobilinə ziyan dəymişdir. Maddi imkanı olmadığından hal-hazıradək iddiaçıya dəymiş ziyanı ödəyə bilməmişdir. Dəymiş ziyanın məbləğini ekspert rəyində göstərilən kimi, yəni 5325 manat məbləğində qəbul edir və iddianın 2315.30 manat məbləğində təmin olunmasına etiraz etmir. İşdə olan 1-345/23 nömrəli sığorta ödəniş aktından görünür ki, zədələnmiş “KİA Forte” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər cəmi 6325 manat qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Vİ Tağımının 30 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, 18 mart 2023-cü il tarixdə Bakı-Qzax yolununun 47-ci kilometrliyində “Kamaz 5511” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 3009.70 manat sığorta ödənişi köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 9/7303 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallaında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “KİA Forte” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5325 manat müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı 18 mart 2023-cü il tarixdə mülkiyyətində olan “KİA Forte” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax yolunun 47-ci kilometrliyində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Kamaz 5511” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iddiaçının avtomobili ilə toqquşmuş və hadisə nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymiş və həmin ziyanın 3009.70 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 9/7303 nömrəli rəyi ilə 2016-cı il buraxılışlı “KİA Forte” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 5325.00 manat olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatında k ekspert rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən, həmçinin iddiaçının nümayəndəsi də bu barədə vəsatət vermədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 09/8303 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilərək dəymiş ziyanın məbləği 5325 manat qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2315.30 manat alınaraq İddiaçı ödənilməli, iddianın qalan hisssəsi təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 54 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tututlmalı, ekspertiza tədqiqinin dəyəri olan 50 manat ekspertiza xərci isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2315.30 manat və ödənilmiş dövlət rüsumu olaraq 54 manat, cəmi 2369 (iki min üç yüz altmış doqquz) manat 30(otuz) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-19/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 24 yanvar 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2315.30 manat və ödənilmiş dövlət rüsumu olaraq 54 manat, cəmi 2369 (iki min üç yüz altmış doqquz) manat 30(otuz) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar