Məhkəmə qərarları › İş №e-2(055)-191/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-191/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-191/2025 28.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 720,9 manat əsas borc, 38,14 manat faiz borcu, cəmi 759,04 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli 57/T saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsinə əsasən Cavabdeh1 720,9 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında üç il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 arasında 27 dekabr 2021-ci il tarixli 57/T saylı saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafik üzrə əsas borcu və ona hesablanmış faiz borcu ödəməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq 25 dekabr 2024-cü il tarixədək hesablanmış 720,9 manat əsas borc və 38,14 manat faiz borcu iddiaçıya ödənilməmiş qalmışdır. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720,9 manat əsas borcun, 38,14 manat faiz borcun, cəmi 759,04 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli 57/T saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsindən görünür ki, Cavabdeh1 720,9 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında üç il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə öhdəlik götürmüşdür. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli 57/T saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 720,9 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında üç il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 36 ay müddətində, illik 1% dərəcəsi ilə 720,9 manat əsas borc, 11,17 manat faiz borcu olmaqla, cəmi 732,07 manat ödəməlidir. İşdə olan 03 dekabr 2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvana bildiriş göndərərək onlardan 27 dekabr 2021-ci il tarixli 57/T saylı müqavilə üzrə 720,9 manat əsas borcun, 38,14 manat faiz borcun, cəmi 759,04 manat borcun 10 gün müddətində iddiaçıya ödənilməsini tələb etmişdir. Əks təqdiqdə kredit borcunun qaytarılmasına dair məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İşdə olan 25 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 720,9 manat, faiz borcu 38,14 manat, cəmi borcu 759,04 manat təşkil edir. Cavabdeh1 əsas borcdan və faiz borcdan ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli 57/T saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsinə əsasən Cavabdeh1 720,9 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında üç il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 arasında 27 dekabr 2021-ci il tarixli 57/T saylı saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafik üzrə əsas borcu və ona hesablanmış faiz borcu ödəməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq 25 dekabr 2024-cü il tarixədək hesablanmış 720,9 manat əsas borc və 38,14 manat faiz borcu iddiaçıya ödənilməmiş qalmışdır. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720,9 manat əsas borcun, 38,14 manat faiz borcun, cəmi 759,04 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 27 dekabr 2021-ci il tarixli 57/T saylı «Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsi üzrə 720,9 manat əsas borcun, 38,14 manat faiz borcun, cəmi 759,04 manat borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720,9 manat əsas borc, 38,14 manat faiz borcu, cəmi 759,04 manat alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720,9 manat əsas borc, 38,14 manat faiz borcu, cəmi 759,04 (yeddi yüz əlli doqquz) manat 04 (dörd) qəpik alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar