Məhkəmə qərarları › İş №e-2(055)-1911/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1911/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1911/2025 15.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 12 yanvar 2022-ci il tarixli 338782-CNS- 31025 saylı razılaşmaya əsasən 3085,84 manat əsas borc, 38,84 manat faiz borcu, 21,60 manat cərimə olmaqla, cəmi 3146.28 manat borcun və 51,46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması” na əsasən Cavabdeh 60 ay müddətinə illik 21,90 % dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini lazımınca icra etməmiş, nəticədə, cavabdehin iddiaçıya ümumilikdə 3146,28 manat borcu yaranmışdır. Ona görə də cavabdehlə aralarında bağlanmış 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizərazılaşması” na əsasən banka borclu olduğu 3085,84 manat əsas borc, 38,84 manat faiz borcu və 21,60 manat cərimə, cəmi 3146,28 manat borcun və 51,46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması” dan və razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, bu ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh hesablanmış faizlə birlikdə 60 ay müddətinə bərabər hissələrlə hər ay 192,91 (sonuncu ay 201,20) manat ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. İşdə olan 14 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “nağd pul krediti müqaviləsi” üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3085,84 manat əsas borc, 38,84 manat faiz borcu və 21,60 manat cərimə, cəmi 3146,28 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması na əsasən Cavabdeh 60 ay müddətinə illik 21,90 % dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini lazımınca icra etməmiş, nəticədə cavabdehin iddiaçıya ümumilikdə 3146,28 manat borcu yaranmışdır. Ona görə də cavabdehlə aralarında bağlanmış 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması” na əsasən banka borclu olduğu 3085,84 manat əsas borc, 38,84 manat faiz borcu və 21,60 manat cərimə, cəmi 3146,28 manat borcun alınaraq iddiaçıya ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması” na əsasən 3085,84 manat əsas borc, 38,84 manat faiz borcu və 21,60 manat cərimə, cəmi 3146,28 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “nağd pul krediti müqaviləsi” nə əsasən 3085,84 manat əsas borc, 38,84 manat faiz borcu və 21,60 manat cərimə, cəmi 3146,28 manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 51,46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51,46 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12 yanvar 2022-ci il tarixli 338782-CNS-31025 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması”na əsasən 3085,84 manat əsas borc, 38,84 manat faiz borcu və 21,60 manat cərimə, cəmi 3146 (üç min yüz qırx altı) manat 28 (iyirmi səkkiz) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51 (əlli bir) manat 46 (qırx altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar