Məhkəmə qərarları › İş №e-2(055)-1969/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1969/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1969/2025 26.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 13 dekabr 2019-cu il tarixli, **********0799 saylı müqavilə üzrə 705 manat əsas borc, 21,89 manat cərimə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 13 dekabr 2019-cu il tarixli, **********0799 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən cavabdeh bir il güzəşt müddəti müəyyən edilməklə, 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 705 manat vaxtı keçmiş kredit borclunu qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 08 dekabr 2025-ci il tarixə **********0799 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 705 manat əsas borc, 21,89 manat cərimə olmaqla, cəmi 726,89 manat borcu ödənilməmiş qalmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh **********0799 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 705 manat əsas borc, 21,89 manat cərimə, cəmi 726,89 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 dekabr 2019-cu il tarixli, **********0799 saylı kredit (restrukturizasiya) müqaviləsindən və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, bu müqavilə 705 manat məbləğində vaxtı keçmiş kredit borcunun ödənilməsi məqsədi ilə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə, bir il güzəşt müddəti müəyyən edilməklə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 dekabr 2025-ci il tarixli maliyyə arayışıdan görünür ki, həmin tarixə Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına **********0799 saylı müqavilə üzrə 705 manat əsas borc, 21,89 manat cərimə olmaqla 726,89 manat borcu vardır. Müqavilə üzrə ödəniş edilməmişdir. İşdə olan 03 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh öhdəliklərinin icrasını tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan 13 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 13 dekabr 2019-cu il tarixli, **********0799 saylı müqaviləyə əsasən öhdəliyini yerinə yetirməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, **********0799 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən cavabdeh bir il güzəşt müddəti müəyyən edilməklə, 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 705 manat vaxtı keçmiş kredit borclunu qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 08 dekabr 2025-ci il tarixə **********0799 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 705 manat əsas borc, 21,89 manat cərimə olmaqla, cəmi 726,89 manat borcu ödənilməmiş qalmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh **********0799 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 705 manat əsas borc, 21,89 manat cərimə, cəmi 726,89 manat borcun alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 13 dekabr 2019-cu il tarixli, **********0799 saylı müqavilə üzrə 705 manat əsas borcu və 21,89 manat cəriməni Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 13 dekabr 2019-cu il tarixli, **********0799 saylı müqavilə üzrə 705 manat əsas borc, 21,89 manat cərimə alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməlidir. İşdə olan 19 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13 dekabr 2019-cu il tarixli, **********0799 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə üzrə 705 manat əsas borc, 21,89 manat cərimə, cəmi 726 (yeddi yüz iyirmi altı) manat 89 (səksən doqquz) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar