Məhkəmə qərarları › İş №e-2(055)-204/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-204/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-204/2024 20.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı X4-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X4-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4236.02 manat əsas borcun, 681 manat faiz borcunun, cəmi 4917.02 manat borcun və ödənilmiş 69.18 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı X4-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli, **********0478 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X4- Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 31 yanvar 2023-cü il tarixli, **********0***-******* və **********0***-******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 4236.02 manat əsas borc, 681 manat faiz borcu, cəmi 4917.02 manat borcunu ödəməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4236.02 manat əsas borcun, 681 manat faiz borcunun, cəmi 4917.02 manat borcun və ödənilmiş 69.18 manat dövlət rüsumunun alınıb İddiaçı X4-Bank Kredit Təşkilatınin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı X4-Bank Kredit Təşkilatı ilə onun arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli, **********0478 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 24 ay müddətinə, illik 28% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X4-Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 31 yanvar 2023-cü il tarixli, **********0***-******* və **********0***- ******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Lakin maddi imkanı olmadığından öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Hazırda iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə baxışı zamanı digər Cavabdeh2 da izahat verərək iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 31 yanvar 2023-cü il tarixli, **********0478 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 28% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı X4-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 31 yanvar 2023-cü il tarixli, **********0***-******* və **********0***- ******* saylı zaminlik müqavilələrindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 İddiaçı X4-Bank Kredit Təşkilatı ilə bağladığı 31 yanvar 2023-cü il tarixli, **********0478 saylı kredit müqaviləsi ilə əlaqədar zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh1 ilə birlikdə İddiaçı X4-Bank Kredit Təşkilatı qarşısında birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan 13 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı X4-Bank Kredit Təşkilatınə 31 yanvar 2023-cü il tarixli, **********0478 saylı kredit müqaviləsi üzrə əsas borcu 4236.02 manat, 681 manat faiz borcu, cəmi 4917.02 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı X4-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli, **********0478 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X4-Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 31 yanvar 2023-cü il tarixli, **********0***-******* və **********0***-******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 4236.02 manat əsas borc, 681 manat faiz borcu, cəmi 4917.02 manat borcunu ödəməmişdir və hazırda İddiaçı X4- Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4236.02 manat əsas borc, 681 manat faiz borcu, cəmi 4917.02 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı X4-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4236.02 manat əsas borc, 681 manat faiz borcu, cəmi 4917.02 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4236.02 manat əsas borc, 681 manat faiz borcu, cəmi 4917.02 manat borc alınaraq İddiaçı X4-Bank Kredit Təşkilatına ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı X4-Bank Kredit Təşkilatı tərəfindən 69.18 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 69.18 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4236.02 manat əsas borc, 681 manat faiz borcu, cəmi 4917.02 manat borc və ödənilmiş 69.18 manat dövlət rüsumu, cəmi 4986(dörd min doqquz yüz səksən altı) manat 20(iyirmi) qəpik alınıb İddiaçı X4-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. 2(055)-204/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 20 fevral 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı X4-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4236.02 manat əsas borc, 681 manat faiz borcu, cəmi 4917.02 manat borc və ödənilmiş 69.18 manat dövlət rüsumu, cəmi 4986(dörd min doqquz yüz səksən altı) manat 20(iyirmi) qəpik alınıb İddiaçı X4-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar