Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-256/2025 21.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1207.97 manat əsas borcun, 4.97 manat faiz borcunun və 32.13 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 13 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən X3 60 ay müddətinə illik 24% ödəmək şərti ilə 4050 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu X4 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. X1 20 mart 2022-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 1207.97 manat əsas borcun, 4.97 manat faiz borcunun və 32.13 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 müqavilə üzrə 60 ay müddətinə illik 24% ödəmək şərti ilə 4050 manat məbləğində kredit verilmişdir. İşdə olan arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə mərhum X2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1207.97 manat əsas borc, 4.97 manat faiz borcu, cəmi 1212.94 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 mart 2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında 31 oktyabr 2023-cü il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X2 qanun üzrə vərəsələridir və miras əmlak 8093.05 manat puldan ibarətdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, mərhum X4 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən X3 60 ay müddətinə illik 24% ödəmək şərti ilə 4050 manat məbləğində kredit verilmişdir. X1 20 mart 2022-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 1207.97 manat əsas borcun və 4.97 manat faiz borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1207.97 manat əsas borc, 4.97 manat faiz borcu, cəmi 1212.94 manat borc alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 32.13 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32.13 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən müətərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1207.97 manat əsas borc, 4.97 manat faiz borcu, cəmi 1212(bir min iki yüz on iki) manat 94(doxsan dörd) qəpik pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32.13 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-256/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-256/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver