Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-265/2025 12.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1498,21 manat əsas borc, 264,18 manat faiz borcu, cəmi 1762,39 manat borc və ödənilmiş 37,62 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında elektron qaydada bağlanmış bağlanmış 14 aprel 2023-cü il tarixli BRCB0727048B299 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin kartına 59 ay müddətinə 27% dərəcəsi ilə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Beləliklə, 14 aprel 2023-cü il tarixli BRCB0727048B299 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 noyabr 2024-cü il tarixə hesablanmış 1498,21 manat əsas borcu, 264,18 manat faiz borcu, cəmi 1762,39 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 1498,21 manat əsas borcun, 264,18 manat faiz borcun, cəmi 1762,39 manat borcun və ödənilmiş 37,62 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan elektron qaydada bağlanmış bağlanmış 14 aprel 2023-cü il tarixli, BRCB0727048B299 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 59 ay müddətinə illik 27% dərəcəsi ilə ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 14 aprel 2023-cü il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək ona 1500 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir. İşdə olan 05 dekabr 2024-cü il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 14 aprel 2023-cü il tarixli, BRCB0727048B299 saylı kredit müqaviləsi üzrə 1498,21 manat əsas borcu, 264,18 manat faiz borcu, cəmi 1762,39 manat borcun ödənilməsi tələb edilmişdir. İşdə olan 15 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 noyabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 aprel 2023-cü il tarixli, BRCB0727048B299 saylı kredit müqaviləsi üzrə 1498,21 manat əsas borcu, 264,18 manat faiz borcu, cəmi 1762,39 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında elektron qaydada bağlanmış bağlanmış 14 aprel 2023-cü il tarixli BRCB0727048B299 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin kartına 59 ay müddətinə 27% dərəcəsi ilə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Beləliklə, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 noyabr 2024-cü il tarixə ödənilməyən 1498,21 manat əsas borcu, 264,18 manat faiz borcu, cəmi 1762,39 manat borcu qalmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 aprel 2023-cü il tarixli, BRCB0727048B299 saylı kredit müqaviləsi üzrə 14 noyabr 2024-cü il tarixə olan 1498,21 manat əsas borc, 264,18 manat faiz borcu, cəmi 1762,39 manat borcun cavabdehdən tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh kredit müqaviləsi üzrə 1498,21 manat əsas borc, 264,18 manat faiz borcu, cəmi 1762,39 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 14 aprel 2023-cü il tarixli, BRCB0727048B299 saylı kredit müqaviləsi üzrə 14 noyabr 2024-cü il tarixə olan 1498,21 manat əsas borc, 264,18 manat faiz borc, cəmi 1762,39 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 15 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 37,62 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,62 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 14 aprel 2023-cü il tarixli, BRCB0727048B299 saylı kredit müqaviləsi üzrə 1498,21 manat əsas borc, 264,18 manat faiz borcu, cəmi 1762 (bir min yeddi yüz altımış iki) manat 39 (otuz doqquz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat 62 (altımış iki) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-265/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-265/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver