Məhkəmə qərarları › İş №e-2(055)-267/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-267/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-267/2024 23.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli, 2175NZF saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1560.80 manat əsas borcun, 58.09 manat faiz borcunun, 0.01 manat cərimənin, cəmi 1618.90 manat borcun və 37 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 16 oktyabr 2019-cu il tarixli, 2175NZF saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 07 mart 2012-ci il tarixli, 451NZF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktruzasiyası məqsədi ilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 1614 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh1 arasında 16 oktyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və cavabdehin iddiaçıya 1560.80 manat əsas borcun, 58.09 manat faiz borcunun, 0.01 manat cərimənin, cəmi 1618.90 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1560.80 manat əsas borcun, 58.09 manat faiz borcunun, 0.01 manat cərimənin, cəmi 1618.90 manat borcun və 37 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 16 oktyabr 2019-cu il tarixli, 2175NZF saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 07 mart 2012-ci il tarixli, 451NZF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktruzasiyasıməqsədi ilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 1614 manat məbləğində kredit verilmişdir. İşdə olan 16 oktyabr 2019-cu il tarixdə zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh2 iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 16 oktyabr 2019-cu il tarixli, 2175NZF saylı kredit müqaviləsi ilə əlaqədar zamin (cavabdeh) Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh2 ilə birlikdə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 28 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, 16 oktyabr 2019-cu il tarixli, 2175NZF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 14 sentyabr 2023-cü il tarixə 1560.80 manat əsas borc, 58.09 manat faiz borcu, 0.01 manat cərimə borcu, cəmi 1618.90 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh2 ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arasında 16 oktyabr 2019-cu il tarixli, 2175NZF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 07 mart 2012-ci il tarixli, 451NZF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktruzasiyası məqsədi ilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 1614 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh1 arasında 16 oktyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyindən Cavabdeh2 iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1560.80 manat əsas borc, 58.09 manat faiz borcu, 0.01 manat cərimə borcu, cəmi 1618.90 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1560.80 manat əsas borc, 58.09 manat faiz borcu, 0.01 manat cərimə borcu, cəmi 1618.90 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək 16 oktyabr 2019-cu il tarixli, 2175NZF saylıkredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1560.80 manat əsas borc, 58.09 manat faiz borcu, 0.01 manat cərimə borcu, cəmi 1618.90 manat pul alınıb iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 16 oktyabr 2019-cu il tarixli, 2175NZF saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1560.80 manat əsas borc, 58.09 manat faiz borcu, 0.01 manat cərimə borcu, cəmi 1618.90 manat borc və ödənilmiş 37 manat dövlət rüsumu, ümumilikdə 1655(bir min altı yüz əlli beş) manat 90(doxsan) qəpik pul alınıb iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar