Məhkəmə qərarları › İş №e-2(055)-284/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-284/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-284/2025 28.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc 5117,82 manat, faiz borcuna görə 93,26 manat, cərimə borcuna görə 2439,50 manat, cəmi 7650,58 manat məbləğində borcun və 96,51 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 027A********** saylı kredit müqaviləsinə əsasən borcluya aylıq 0,0833% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5833,96 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 027G**********02 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və 027G**********01 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar. O, götürdüyü kredit borcundan 716,14 manat ödəniş etmiş və onun iddiaçıya 5117,82 manat məbləğində kredit borcu qalmışdır. X3 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Zaminlik müqavilələrinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə birgə məsuliyyət daşıyırlar. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən X2 aylıq 0,0833% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5833,96 manat kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit alan (X3) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan 28 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5117,82 manat əsas borcu, 93,26 manat faiz borcu, 2439,50 manat cərimə borcu olmaqla, cəmi 7650,58 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, 24 saylı notariat ofisinin 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, X1 adına “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemində yoxlama aparılmış, adına heç bir vərəsəlik işi açılmamış, vərəsələrin dairəsi müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin göstərdiyi Elektron xidmətlərdən “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi”nə dair bölməsindən çıxarışdan görünür ki, X1 adına vərəsəlik işi açılmamışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən aylıq 0,0833% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5833,96 manat kredit verilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 027G**********02 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və 027G**********01 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar. X3 vəfat etdiyindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən zaminlər hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Hazırki iş üzrə isə vəfat etmiş X3 barəsində vərəsəlik işi açılmamış və onun vərəsələri müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borcu, faiz borcu və cərimə borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə tələb olunan 2439,50 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 300 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5117,82 manat əsas borc, 93,26 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 5511,08 manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən 96,51 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 96,51 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5117,82 manat əsas borc, 93,26 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 5511,08 manat borc və 96,51 manat dövlət rüsumu, ümumilikdə 5607 (beş min altı yüz yeddi) manat 59 (əlli doqquz) qəpik alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar