Məhkəmə qərarları › İş №e-2(055)-303/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-303/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-303/2024 23.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2609 manat əsas borcun, 517.95 manat faiz borcunun, 286.06 manat cərimə borcunun, cəmi 3413.01 manat borcun və ödənilmiş 54.14 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə tutulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı X1 Bank Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********1692 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 30% olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq zamin Cavabdeh1 xx.xx.2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi ilə İddiaçı X1 Bank Kredit Təşkilatı qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Lakin Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və 16 yanvar 2024-cü il tarixə İddiaçı MMQBKT-yə xx.xx.2022-ci il tarixli, **********1692 saylı kredit müqaviləsi üzrə 2609 manat əsas borcu, 517.95 manat faiz borcu, 286.06 manat cərimə borcu, cəmi 3413.01 manat borcu vardır. Ona görə də, cavabdehlərdən müştərək qaydada 2609 manat əsas borcun, 517.95 manat faiz borcunun, 286.06 manat cərimə borcunun, cəmi 3413.01 manat borcun və ödənilmiş 54.14 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********1692 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 30% olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, **********1692 saylı kredit müqaviləsi üzrə krediti alan Cavabdeh2 öhdəliyi icra etmədikdə kreditin təminatı olaraq zamin Cavabdeh1 İddiaçı X1 Bank Kredit Təşkilatı qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. İşdə olan 16 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı X1 Bank Kredit Təşkilatına xx.xx.2022-ci il tarixli, **********1692 saylı kredit müqaviləsi üzrə 2609 manat əsas borcu, 517.95 manat faiz borcu, 286.06 manat cərimə borcu, cəmi 3413.01 manat borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********1692 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 30% olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq zamin Cavabdeh1 xx.xx.2022-ci il tarixli, **********1***- ******* saylı zaminlik müqaviləsi ilə İddiaçı X1 Bank Kredit Təşkilatı qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Lakin Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və 16 yanvar 2024-cü il tarixə İddiaçı MMQBKT-yə xx.xx.2022-ci il tarixli, **********1692 saylı kredit müqaviləsi üzrə 2609 manat əsas borcu, 517.95 manat faiz borcu, 286.06 manat cərimə borcu, cəmi 3413.01 manat borcu vardır.. Qeyd olunanlardan görünür ki, İddiaçı X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2609 manat əsas borcun, 517.95 manat faiz borcunun, 286.06 manat cərimə borcunun, cəmi 3413.01 manat borcun alınaraq İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən xx.xx.2022-ci il tarixli, **********1692 saylı müqavilə üzrə tələb olunan 286.06 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 150 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2609 manat əsas borc, 517.95 manat faiz borcu, 150 manat cərimə borcu, cəmi 3276.95 manat alınaraq İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı X1 Bank Kredit Təşkilatı tərəfindən 54.14 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iş üzrə 54.14 manat dövlət rüsumu İddiaçı X1 Bank Kredit Təşkilatı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2609 manat əsas borc, 517.95 manat faiz borcu, 150 manat cərimə borcu, cəmi 3276.95 manat borc və ödənilmiş 54.14 manat məbləğində dövlət rüsumu ümumilikdə 3331(üç min üç yüz otuz bir) manat 09(sıfır doqquz) qəpik alınaraq İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar