Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-309/2024 29.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X2-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada **********0852 saylı kredit müqaviləsi üzrə 3216,21 manat əsas borc, 68,74 manat faiz borcu, cəmi 3284,95 manat məbləğində borcun, həmçinin **********0862 saylı kredit müqaviləsi üzrə 1891,89 manat əsas borc, 39,65 manat faiz borcu, cəmi 1931,54 manat borcun və ödənilmiş 72,17 manat dövlət rüsumunun tutularaq İddiaçı X2-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki iş üzrə İddiaçı X2-Bank Kredit Təşkilatının nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin qeyd olunan borcun ödənilməsi səbəbindən baxılmadan iddiaçıya qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. İşdə olan 04 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı X2-Bank Kredit Təşkilatı tərəfindən 72,17 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 72,17 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı X2-Bank Kredit Təşkilatına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 72 (yetmiş iki) manat 17 (on yeddi) qəpik dövlət rüsumu dövlət büdcəsindən İddiaçı X2-Bank Kredit Təşkilatına qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-309/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-309/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver