Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-324/2024 15.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək ona dəymiş zərərin əvəzində 1380 manat pulun və ödənilmiş 33.80 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək dəymiş zərərin əvəzində 1300 manat pulun və ödənilmiş 33.80 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2022-ci il dekabırın 12-i "Lalafo" saytında “Samsung S22 ultra” markalı mobil telefon elanı qarşısına çıxmış və həmin elanda mobil telefonun qiyməti 1300 manat qeyd edilmişdir. Elanda qeyd edilmiş mobil nömrəyə zəng vuraraq telefonla maraqlanmış və Cavabdeh həmin telefonun satışda olduğunu demişdir. Həmin gün saat 17-18 radələrində Cavabdeh ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mağazada görüşmüş və həmin mobil telefona baxmışdır. Xoşuna gəldiyi üçün həmin telefonu almaq qərarına gəlmiş və mobil telefona görə cavabdehin kartına 1300 manat, əlavə aksesuara görə isə 80 manat olmaqla, cəmi 1380 manat pul köçürməsi etmiş, daha sonra isə telefonu götürüb oradan çıxmışdır. 06 fevral 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon polis bölməsindən zəng vuraraq onu bölməyə dəvət etmişlər və orada həmin mobil telefonun oğurluq olduğu bəlli olmuş, o da həmin telefonu sübut əhəmiyyətli olduğu üçün istintaq orqanına təqdim etmişdir. Daha sonra 2023-cü ilin noyabırın 25-i AR DİN-in 102 zəng xidmətinə müraciət etmiş və cavabdeh barəsində tədbir görülməsini xahiş etsə də, mübahisənin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. O da məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhərində “Neftçilər” metrostansiyasının yaxınlığında telefon dükanı vardır və həmin dükanda həm işlənmiş, həm də yeni telefonların, telefon aksesuarlarının satışı ilə məşğuldur. “Samsung S22 ultra” markalı mobil telefonu aksesuarları ilə birlikdə, həqiqətən də, 1380 manat müqabilində iddiaçıya satmışdır. Lakin bildirir ki, o, həmin telefonu lombarddan götürmüş və oğurluq olmasından məlumatsız olmuşdur. Əgər həmin telefonun oğurluq olmasını bilsəydi onu lombarddan götürməzdi. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 1(007)-329/23 saylı hökmündən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung S22 Ultra” markalı mobil telefonun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X5 qaytarılması nəzərə alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X8 24 sentyabr 2022-ci ildə saat 02-03 radələrində X1 məxsus “Mersedes-Benz 220” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidi açıq olan sağ qabaq qapısını açıb həmin vaxtı avtomobilin arxa oturacağında X2 yatmasından istifadə edib arxa oturacaqda sonuncuya məxsus bir ədəd “Samsung” markalı “Galaxy S22 Ultra” modelli mobil telefonu oğurlayıb X3 adlı tanışına vermiş, Babək Nəsirov həmin mobil telefonu X4 məxsus lombarda qoyub 500 manat pul götürmüş, pulu qaytarmadığından Ələsgər İsmayılov mobil telefonu 1050 manat müqabilində Cavabdeh, sonuncu isə 1300 manat müqabilində İddiaçı satmışdır. Göründüyü kimi, İddiaçı 1300 manat dəyərində ziyan dəymiş və sonuncu haqlı olaraq Cavabdeh həmin ziyanı tələb edir. Cavabdeh mobil telefonun oğurluq olduğunu bilmədiyinə görə iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımadğını göstərmişdir. Məhkəmə qeyd edir ki, bu hal iddiaçıya dəymiş ziyanın ödənilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1300 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 33.80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33.80 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1300 manat və ödənilmiş dövlət rüsumu olaraq 33.80 manat, cəmi 1333 (bir min üç yüz otuz üç) manat 80(səksən) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsl İş № 2(055)-324/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 15 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1300 manat və ödənilmiş dövlət rüsumu olaraq 33.80 manat, cəmi 1333 (bir min üç yüz otuz üç) manat 80(səksən) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-324/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-324/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver