Məhkəmə qərarları › İş №e-2(055)-338/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-338/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-338/2024 30.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-20-67 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-31-83 www. Elektron ünvan № 2(055)-338/2024 30 may 2024-cü il Saatlı Rayonu üzrə Maliyyə Şöbəsinə Saatlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(055)-338/2024 saylı qərardadı icra olunması üçün Sizə göndərilir. Qoşma: «02» vərəqədə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar