Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-384/2024 16.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2000 ABŞ dolları məbləğində əsas borcun, əsas borca əlavə 5% hesablanmaqla 100 dollar vəsaitin, 500 manat məbləğində əldən çıxmış faydanın və mənəvi zərərin və ödənilmiş 55 manat dövlət rüsumunun alınaraq İddiaçı ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 dekabr 2023-cü il tarixdə İddiaçı 30 yanvar 2024-cü il tarixdə qaytarmaq şərtilə 2000 ABŞ dolları məbləğində borc pul almışdır. Lakin cavabdeh iddiaçı ilə razılaşdıqları tarixdə aldığı borc pulu geri qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən verdiyi pulu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng Xidməti Mərkəzinə, həmçinin Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə müraciət etmiş, cinayət işi başlanması rədd edilərək mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Polisdə aparılmış aradırma zamanı Cavabdeh 20 dekabr 2023-cü il tarixdə İddiaçı 2000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş və borcunu 30 yanvar 2024-cü il tarixdə qaytaracağı barədə söz vermişdir. Lakin cavabdeh yenə də vədinə əməl etməmişdir. Cavabdehin vədinə əməl etmədiyini görüb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci X2 Bölməsinin 29 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Araşdırma zamanı Cavabdeh 20 dekabr 2023-cü il tarixdə İddiaçı 2000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş və həmin pulu 30 yanvar 2024-cü il tarixinədək qaytaracağına dair söz vermişdir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında “Whatsapp” ani mesajlaşma şəbəkəsində aparılan yazışmalardan çıxarışlardan görünür ki, Cavabdeh İddiaçı qaytarmaq şərti ilə 2000 ABŞ dolları borc pul aldığını etiraf etmişdir. Məhkəmə işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddia tələbinin əsaslılığına gəlincə isə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin araşdırılan halları ilə müəyyən olundu ki, iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi sənədlərlə cavabdeh tərəfindən iddiaçıdan 2000 ABŞ dolları pulun alınması halı məhkəmədə öz təsdiqini tapmışdır. Lakin cavabdeh hazırki vaxtadək borcunu iddiaçıya qaytarmamaqla üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2000 ABŞ dolları məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Odur ki, məhkəmə əsas borca əlavə 5 faiz hesablanmaqla 100 ABŞ dolları vəsaitin tələb olunması hissəsini əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əldən çıxmış fayda və mənəvi zərərə görə 500 manat pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li qərarının 10-cu bəndində qeyd olunduğu kimi məhkəmə qərarlarında alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər tələb xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin məhkəmə qərarının icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh 2000 ABŞ dolları əsas borc, əsas borca əlavə 5 faiz kimi hesablanmış 100 ABŞ dolları, cəmi 2100 ABŞ dolları icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınıb İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 ABŞ dolları əsas borc, əsas borca əlavə 5 faiz kimi hesablanmış 100 ABŞ dolları, cəmi 2100(iki min bir yüz) ABŞ dolları icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı verilsin. Cavabdeh 55(əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-384/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-384/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver