Məhkəmə qərarları › İş №e-2(055)-447/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-447/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-447/2024 19.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, LM111901341 saylı restrukturizasiya müqaviləsi üzrə 1428,48 manat əsas borc, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və 147,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, cəmi 1608,63 manat borcun və 36,09 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ərizəni onunla əsaslandırmışdır ki, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən 29 noyabr 2019-cu il tarixli, LM111901341 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. 15 dekabr 2014-cü il tarixli 1xx/xx/89046/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1632,28 manat borcu restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix 29 noyabr 2021-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin 06 dekabr 2023-cü il tarixə banka 1428,48 manat məbləğində əsas borcu, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və 147,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, cəmi 1608,63 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də Cavabdeh ilə aralarında bağlanmış 29 noyabr 2019-cu il tarixli, LM111901341 saylı restrukturizasiya müqaviləsi üzrə 1428,48 manat əsas borc, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və 147,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, cəmi 1608,63 manat borcun və 36,09 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29 noyabr 2019-cu il tarixli LM111901341 saylı restrukturizasiya müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə 15 dekabr 2014-cü il tarixli 1xx/xx/89046/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1632,28 manat borcu restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə illik 1% dərəcəsi ilə 24 ay müddətinə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 12 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, 29 noyabr 2019-cu il tarixli LM111901341 saylı müqavilə üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına 06 dekabr 2023-cü il tarixə 1428,48 manat əsas borc, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmış 147,40 manat faiz borcu, cəmi 1608,63 manat borcu vardır. İşdə olan bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi barədə xəbərnamədən görünür ki, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı tərəfindən Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək 29 noyabr 2019-cu il tarixli LM111901341 saylı müqavilə üzrə yaranmış borcun iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ödənilməsi xahiş edilmiş, borc qaytarılmadığı təqdirdə isə məhkəməyə müraciət etməli olacaqları barədə xəbərdarlıq edilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2- 1(81)-4498/2016 saylı qərarından görünür ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərimişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən 29 noyabr 2019-cu il tarixli, LM111901341 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. 15 dekabr 2014-cü il tarixli 1xx/xx/89046/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1632,28 manat borcu restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix 29 noyabr 2021-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin 06 dekabr 2023-cü il tarixə banka 1428,48 manat məbləğində əsas borcu, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmış 147,40 manat faiz borcu, cəmi 1608,63 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı 29 noyabr 2019-cu il tarixli, LM111901341 saylı restrukturizasiya müqaviləsi üzrə 1428,48 manat əsas borc, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmış 147,40 manat faiz borcu, cəmi 1608,63 manat borcun cavabdehdən alınmasını tələb edir. Məhkəmə 12 dekabr 2023-cü il tarixli məktubu Cavabdeh iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına 1428,48 manat əsas borc, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmış 147,40 manat faiz borcu, cəmi 1608,63 manat borcu olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan görünür ki, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı 29 noyabr 2019-cu il tarixli, LM111901341 saylı restrukturizasiya müqaviləsi üzrə 1428,48 manat əsas borc, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmış 147,40 manat faiz borcu, cəmi 1608,63 manat borcun cavabdehdən alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək 29 noyabr 2019-cu il tarixli, LM111901341 saylı restrukturizasiya müqaviləsi üzrə 1428,48 manat əsas borc, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmış 147,40 manat faiz borcu, cəmi 1608,63 manat alınıb iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ödənilməlidir. İşdə olan 07 mart 2024-cü il tarixli “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı tərəfindən 36,09 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,09 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 29 noyabr 2019-cu il tarixli, LM111901341 saylı restrukturizasiya müqaviləsi üzrə 1428,48 manat əsas borc, 26,76 manat faiz borcu, 5,99 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmış 147,40 manat faiz borcu, cəmi 1608 (bir min altı yüz səkkiz) manat 63 (altmış üç) qəpik alınıb iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat 09 (doqquz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar