Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-479/2025 02.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1559,83 manat əsas borc, 85,05 manat faiz borcu, cəmi 1644,88 manat borcun və ödənilmiş 36,44 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 160 saylı “Güzəştli borc” müqaviləsinə əsasən Cavabdeh1 2086,36 manat kredit borcunu illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında beş il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə öhdəlik götürmüşdür. “Güzəştli borc” müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında 20 dekabr 2019-cu il tarixli 160 A və B saylı saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 2086,36 manat kredit borcunun illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında beş il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında öhdəlik götürmüşlər. Cavabdeh1 qrafik üzrə əsas borcu və ona hesablanmış faiz borcunu tam ödəməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun 1559,83 manat əsas borcu və 85,05 manat faiz borcu iddiaçıya ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər həmin əsas və faiz borcu ödəməmişlər. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 1559,83 manat əsas borcun, 85,05 manat faiz borcun, cəmi 1644,88 manat borcun və ödənilmiş 36,44 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 160 saylı “Güzəştli borc” müqaviləsindən görünür ki, Cavabdeh1 2086,36 manat kredit borcunu müqavilə illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında beş il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə öhdəlik götürmüşdür. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 160 A və B saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 2086,36 manat kredit borcunun illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında beş il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında öhdəlik götürmüşlər. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 beş il müddətində, güzəştli müddət 12 ay olmaqla, illik bir faiz dərəcəsi ilə 2086,36 manat əsas borc, 63,74 manat faiz borcu, cəmi 2150,10 manat ödəməlidir. İşdə olan 15 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 20 dekabr 2019-cu il tarixli 160 saylı müqavilə üzrə ödənilməmiş qalan əsas borcun və faiz borcun 10 gün müddətində iddiaçıya ödənilməsi tələb edilmişdir. Əks təqdiqdə kredit borcunun qaytarılmasına dair məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İşdə olan 27 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 27 fevral 2025-ci il tarixə olan əsas borcu 1559,83 manat, faiz borcu 85,05 manat, cəmi borcu 1644,88 manat təşkil edir. Cavabdeh1 əsas borcdan 526,33 manat və faiz borcdan 18,47 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 160 saylı “Güzəştli borc” müqaviləsinə əsasən cavabdeh 2086,36 manat kredit borcunu illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında beş il müddətində iddiaçıya ödəməsi barədə öhdəlik götürmüşdür. “Güzəştli borc” müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 20 dekabr 2019-cu il tarixli 160 A və B saylı saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 2086,36 manat kredit borcunun illik bir faiz hesablanmaqla ödəniş qrafiki əsasında beş il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında öhdəlik götürmüşlər. Cavabdeh1 qrafik üzrə əsas borcu və ona hesablanmış faiz borcunu tam ödəməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun 1559,83 manat əsas borcu və 85,05 manat faiz borcu iddiaçıya ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər həmin əsas və faiz borcu ödəməmişlər. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 1559,83 manat əsas borcun, 85,05 manat faiz borcun, cəmi 1644,88 manat borcun və ödənilmiş 36,44 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 20 dekabr 2019cu il tarixli 160 saylı «Güzəştli borc” müqaviləsi üzrə 1559,83 manat əsas borcun, 85,05 manat faiz borcun, cəmi 1644,88 manat borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1559,83 manat əsas borc, 85,05 manat faiz borcu, cəmi 1644,88 manat alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 36,44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,44 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1559,83 manat əsas borc, 85,05 manat faiz borcu, cəmi 1644 (bir min altı yüz qırx dörd) manat 88 (səksən səkkiz) qəpik alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-479/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-479/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver