Məhkəmə qərarları › İş №e-2(055)-483/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-483/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-483/2024 28.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 660 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı səxsi evinə plastik pəncərə düzəltdirmək məqsədi ilə kontakt nömrəsini əldə etdiyi və özünü usta kimi təqdim edən cavabdeh Təbrizlə telefon vasitəsilə əlaqə saxlamış və sonradan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, “Səma” mebel salonu ilə üzbəüz yerləşən plastik mebel sexinə gedərək Təbrizlə görüşmüşdür. Həmin vaxt Təbriz özünü usta kimi təqdim edərək ondan sifarişi qəbul etmiş, düzəldəcəyi pəncərənin ölçülərini götürmüş, 2 həftə ərzində pəncərənin hazır olacağını bildirərək beh kimi iddiaçıdan 200 manat pul almış və pulun qalan hissəsini isə sifariş hazır olandan sonra alacağını bildirmişdir. Bundan bir gün sonra cavabdeh müxtəlif vaxtlarda ehtiyat hissələri almaq bəhanəsi ilə iddiaçıdan hissə-hissə daha 460 manat (180,180,100 manat olmaqla) pul almış, ümumilikdə isə plastik pəncərənin düzəlməsi üçün iddiaçıdan 660 manat pul almışdır. Bundan sonra cavabdeh sifarişin yerinə yetirilmə vaxtından əvvəl telefonla iddiaçıya zəng edərək müxtəlif bəhanələr gətirərək işin uzandığını demiş, lakin iddiaçı cavabdehin onu aldatdığını görüb pulunu geri tələb etdikdə cavabdeh zəng və mesajlara cavab verməyərək telefon əlaqəsinə girməkdən imtina etmişdir. Bundan sonra iddiaçı həmin sexə gedərək Təbrizlə maraqlandıqda orada olan Kənan adlı usta ona demişdir ki, Təbriz adlı şəxs həmin sexdə 2022-ci ilin dekabr ayından ustalıq etmir və hazırda taksi fəaliyyəti ilə məsğul olur. Bundan sonra Təbriz tərəfindən aldadılaraq 660 manat pulunun alınmasına əmin olmuş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis idarəsində aparılmış araşdırma zamanı Cavabdeh öz izahatında iddiaçıdan 660 manat aldığını etiraf etmiş, Nizamı Rayon Polis İdarasinin 25-ci PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasİnn rədd edilməsi barədə qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edılmış və ona mülki qaydada məhkməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də, göstərdiklərinin nəzərə alınıb Cavabdeh 660 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş edərək iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25 PŞ-ni baş təhqiqatçısı, polis mayoru Taleh Cəfərovun 28 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarındakı Cavabdeh izahatından görünür ki, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən plastik qapı-pəncərə sexində iki il müddətdir ki, sürücü kimi fəaliyyət göstərir, həmçinin bacardığı üçün orada fəaliyyət göstərən Kənan adlı ustaya köməklik edir. 2023-cü ilin iyun ayında İddiaçı həmin sexə gələrək onun əvvəllər düzəltdiyi pəncərədən xoşu gəldiyi üçün öz evinə plastik pəncərə düzəltmək lazım olduğunu ona demiş və evin Şəmkir rayonunda yerləşdiyinə görə ölçüləri özü götürdüyünü bildirmişdir. Onlar razılaşmışlar, həmin pəncərənin düzəlməsinə görə 750 manat alacağını bildirib sifarişi qəbul emişdir. İlkin olaraq 200 manat beh almış və işə başlamışdır, bir həftə müddətinə işi başa çatdırmışdır. İşi başa çatdırana kimi hissə-hissə olmaqla Orxandan 660 manat pul almışdır. Orxan ona demişdir ki, həmin pəncərəni Lökbatan qəsəbəsindən Şəmkir rayonuna gedəcək sürücüyə çatdırmaq lazımdır və o həmin pəncrəni Lökbatan qəsəbəsinə aparmış və Orxanın verdiyi ********** saylı nömrə ilə əlaqə saxlamışdır. Lakin pəncərə həmin sürcünün idarə etdiyi Qazel markalı avtomobilə yerləşməmişdir. O bu məsələni Orxana demiş və Orxan ona demişdir ki, böyük maşın tapanda deyəcəkdir. O həmin pəncərəni geriyə qaytarmışdır. Bir həftə sonra Orxan ona demişdir ki, “Atego” markalı avtomobil gələcəkdir. O həmin pəncərəni verməlidir. O gözləsə də Orxandan xəbər çıxmamışdır. Təxminən 10 gün sonra Orxan ona demişdir ki, həmin pəncərəni istəmir, pulunu geriyə qaytarsın, o izah vermişdir ki, həmin pəncərəyə görə çəkilən xərclər var və həmin malın pulu üstündə qalacaqdır. Lakin Orxan inadla pulunu geriyə istədiyi üçün o vaxt verməyini istəmişdir ki, işləyib verməli olduğu pulu qaytarsın. Həmin vaxtdan bu günədək Orxandan aldığı pulu geriyə qaytarmamışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə baxışı zamanı işin araşdırılan halları ilə müəyyən olundu ki, xx.xx.2023cü il tarixdə Nizami rayonu, ünvan 1 ünvanında yerləşən plastik qapı-pəncərə sexində İddiaçı usta kimi özünü təqdim edən Cavabdeh ilə görüşərək düzəldəcəyi pəncərənin ölçülərini götürmüş, 2 həftə ərzində pəncərənin hazır olacağını bildirərək beh kimi iddiaçıdan 200 manat pul almış və pulun qalan hissəsini isə pəncərəni düzəltdikdən sonra alacağını bildirmişdir. Bundan bir gün sonradan başlayaraq cavabdeh müxtəlif vaxtlarda ehtiyyat hissələri almaq adı ilə iddiaçıdan hissə-hissə daha 460 manat (180,180,100 manat olmaqla), ümumilikdə isə plastik pəncərənin düzəlməsi üçün 660 manat pul almışdır. İddiaçı cavabdeh tərəfindən aldadıldığına əmin olduqdan sonra DİN-nin 102 xidmətinə məlumat vermiş, Bakı şəhəri Nizamı Rayon Polis İdarasinin 25-ci PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh pəncərə sifarişinə görə İddiaçı 660 manat pul aldığını, lakin sonra iddiaçı sifarişdən imtina etdiyi üçün iddiaçıdan aldığı 660 manat pulu iddiaçıya qaytarmadığını etiraf etmişdir. Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, İddiaçı Cavabdeh ona 660 manat zərər vurmasını məhkəmə iclasında sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir ki, İddiaçı Bakı şəhəri Nizamı Rayon Polis İdarasinin 25-ci polis şöbəsində vermiş olduğu izahatında Cavabdeh evinə plastik pəncərə düzəltdirmək üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 660 manat pul verdiyini göstərmiş, Cavabdeh isə vermiş olduğu izahatda iddiaçından həmin plastik pəncərəni düzəltmək üçün iddiaçıdan iddiaçıdan sifariş götürdükdən sonra ümumilikdə iddiaçıdan 660 manat pul almasını etiraf etmişdir. Buna görə də məhkəmə Cavabdeh plastik pəncərəni düzəltməsi üçün razılaşdığı pul məbləği ilə bağlı polis şöbəsində vermiş olduğu izahatda hər hansı etirazının olmadığını və bu halı mübahisələndirmədiyini nəzərə alaraq Bakı şəhəri Nizamı Rayon Polis İdarasinin 25-ci PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasİnn rədd edilməsi barədə qərarı dəymiş ziyanın məbləğinin iddiaçının ərizəsində göstərdiyi 660 manat məbləğində olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 660 manat məbləğində zərəri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 660 manat alınaraq İddiaçı verilməlidir. İşdə olan 18 mart 2024-cü tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 660 (altı yüz altımış) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar