Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-486/2024 02.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsi üzrə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 88,82 manat cərimə, 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsi üzrə 2465 manat əsas borc, 369,75 manat cərimə, ödənilmiş 57,90 manat dövlət rüsumu, cəmi 3808,70 manat pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə qaytarılmaq şərti ilə 768 manat məbləğində kredit verilmişdir. Bundan başqa, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə qaytarılmaq şərti ilə 3426 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək kredit borcunu tam ödəməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsi üzrə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 88,82 manat cərimə və 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsi üzrə 2465 manat əsas borc, 369,75 manat cərimə, cəmi 3750,80 manat borcu yaranmışdır. Ona görə də iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsi üzrə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 88,82 manat cərimə, 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsi üzrə 2465 manat əsas borc, 369,75 manat cərimə, ödənilmiş 57,90 manat dövlət rüsumu, cəmi 3808,70 manat pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsindən və ona 01 saylı əlavədən görünür ki, bu müqavilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 18 ay müddətinə illik 34% dərəcəsi ilə 768 manat məbləğində kredit verilməsi ilə bağlı iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsindən və ona 01 saylı əlavədən görünür ki, bu müqavilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 18 ay müddətinə illik 0% dərəcəsi ilə 3426 manat məbləğində kredit verilməsi ilə bağlı iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 fevral 2024-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 88,82 manat cərimə, cəmi 916,05 manat borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə cəmi 281 manat ödəniş etmişdir İşdə olan 20 fevral 2024-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 2465 manat əsas borc, 369,75 manat cərimə, cəmi 2834,75 manat borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə cəmi 961 manat ödəniş etmişdir Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 15 iyul 2022-ci il tarixli 633-MSH- 0266-22 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə qaytarılmaq şərti ilə 768 manat məbləğində kredit verilmişdir. Bundan başqa, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə qaytarılmaq şərti ilə 3426 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 20 fevral 2024-cü il tarixə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsi üzrə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 88,82 manat cərimə və 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsi üzrə 2465 manat əsas borc, 369,75 manat cərimə, cəmi 3750,80 manat borcu yaranmışdır. Ona görə də iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsi üzrə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 88,82 manat cərimə, 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsi üzrə 2465 manat əsas borc, 369,75 manat cərimə, cəmi 3750,80 manat pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsi üzrə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 88,82 manat cərimə, 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsi üzrə 2465 manat əsas borc, 369,75 manat cərimə, cəmi 3750,80 manat pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı müqavilə üzrə tələb olunan 88,82 manat və 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı müqavilə üzrə tələb olunan 369,75 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, 15 iyul 2022-ci il tarixli 633-MSH- 0266-22 saylı müqavilə üzrə dəbbə pulunun miqdarı 50 manatadək, 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı müqavilə üzrə dəbbə pulunun miqdarı 240 manatadək azaldılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsi üzrə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 50 manat cərimə, 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsi üzrə 2465 manat əsas borc, 240 manat cərimə, cəmi 3582,23 manat alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 28 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 57,50 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57,50 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 15 iyul 2022-ci il tarixli 633-MSH-0266-22 saylı kredit müqaviləsi üzrə 592,11 manat əsas borc, 235,12 manat faiz borcu, 50 manat cərimə, 15 iyul 2022-ci il tarixli 094-EMB-0421-22 saylı kredit müqaviləsi üzrə 2465 manat əsas borc, 240 manat cərimə, cəmi 3582 (üç min beş yüz səksən iki) manat 23 (iyirmi üç) qəpik alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57 (əlli yeddi) manat 50 (əlli) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-486/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-486/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver