Məhkəmə qərarları › İş №e-2(055)-495/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-495/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-495/2025 11.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqılab oğlu, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 398,45 manat əsas borc, 34.24 manat faiz borcu və 18.34 manat cərimə, 4 manat müqavilədə nəzərədə tutulmuş xərclər və komissiyalar üzrə borc, cəmi 455,03 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 400 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 398,45 manat əsas borcu, 34.24 manat faiz borcu, 18.34 manat cərimə borcu, cəmi 455,03 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 398,45 manat əsas borc, 34.24 manat faiz borcu, 18.34 manat cərimə borcu, 4 manat xərclər və komissiyalar üzrə borc, cəmi 455,03 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2020-ci il tarixli Kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə 400 manat məbləğində kredit verilmişdir. İşdə olan 05 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 398,45 manat əsas borc, 34.24 manat faiz borcu, 18.34 manat cərimə borcu 4 manat xərclər və komissiyalar üzrə borc, cəmi 455,03 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 400 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 398,45 manat əsas borcu, 34.24 manat faiz borcu, 18.34 manat cərimə borcu, 4 manat xərclər və komissiyalar üzrə borc, cəmi 455,03 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 398,45 manat əsas borc, 34.24 manat faiz borcu,18.34 manat cərimə borcu, 4 manat xərclər və komissiyalar üzrə borc, cəmi 455,03 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 398,45 manat əsas borc, 34.24 manat faiz borcu və 18.34 manat cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi 4,00 manat xərclər və komissiyalar üzrə borcun alınması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 4,00 manat xərclər və komissiyaların pulunun alınmasını tələb etsə də, həmin tələbi təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 4,00 manat xərclər və komissiyalar üzrə pulun alınmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 398,45 manat əsas borc, 34.24 manat faiz borcu,18.34 manat cərimə borcu, cəmi 451,03 manat borc alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 398,45 manat əsas borc, 34.24 manat faiz borcu, 18.34 manat cərimə borcu olmaqla, cəmi 451,03 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 481,03 (dörd yüz səksən bir manat üç qəpik) manat pul alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar