Məhkəmə qərarları › İş №e-2(055)-497/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-497/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-497/2024 06.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3271,57 manat əsas borc, 328,45 manat faiz borcu, cəmi 3600,02 manat borc və ödənilmiş 56 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında elektron qaydada bağlanmış 21 yanvar 2022-ci il tarixli GTKR46911301A299 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh kartına 48 ay müddətinə illik 15% dərəcəsi ilə 5000 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 21 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3271,57 manat əsas borc, 328,45 manat faiz borcu, cəmi 3600,02 manat borcun və ödənilmiş 56 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 yanvar 2022-ci il tarixli, GTKR46911301A299 saylı kredit müqaviləsindən və ona əlavədən görünür ki, bu müqavilə 48 ay müddətinə illik 15% dərəcəsi ilə ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 21 yanvar 2022-ci il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək ona 5000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan imza və möhür nümunələri vərəqəsindən görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında olan kredit müqaviləsi və digər sənədlər elektron qaydada imzalanaraq təsdiqlənmişdir. İşdə olan 04 mart 2024-cü il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 21 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3271,57 manat əsas borcu, 328,45 manat faiz borcu, cəmi 3600,02 manat borcun ödənilməsi tələb edilmişdir. İşdə olan 27 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21 yanvar 2022-ci il tarixli, GTKR46911301A299 saylı kredit müqaviləsi üzrə 3271,57 manat əsas borcu, 328,45 manat faiz borcu, cəmi 3600,02 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli GTKR46911301A299 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh kartına 48 ay müddətinə illik 15% dərəcəsi ilə ödəmək şərti ilə 5000 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayındığından onun iddiaçıya 21 yanvar 2022ci il tarixli, GTKR46911301A299 saylı kredit müqaviləsi üzrə 3271,57 manat əsas borcu, 328,45 manat faiz borcu, cəmi 3600,02 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti 21 yanvar 2022-ci il tarixli, GTKR46911301A299 saylı kredit müqaviləsi üzrə 3271,57 manat əsas borc, 328,45 manat faiz borcu, cəmi 3600,02 manat pulun cavabdehdən tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh kredit müqaviləsi üzrə 3271,57 manat əsas borc, 328,45 manat faiz borcu, cəmi 3600,02 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 21 yanvar 2022-ci il tarixli, GTKR46911301A299 saylı kredit müqaviləsi üzrə 3271,57 manat əsas borc, 328,45 manat faiz borc, cəmi 3600,02 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 23 mart 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 21 yanvar 2022-ci il tarixli, GTKR46911301A299 saylı kredit müqaviləsi üzrə 3271,57 manat əsas borc, 328,45 manat faiz borcu, cəmi 3600 (üç min altı yüz) manat 02 (iki) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar