Məhkəmə qərarları › İş №e-2(055)-538/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-538/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-538/2025 19.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X2-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 6000 manat əsas borc, 2308 manat faiz borcu, 220 manat 51 qəpik cərimə, cəmi 8528 manat 51 qəpik borcun və 105,29 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2024-cü il tarixli **********1981 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 30 ay müddətinə, illik 26% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 278 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği cavabdehə nağdsız qaydada, yəni üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən cavabdehlər-zaminlər kredit alanın- Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşlər. Lakin Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin İddiaçı X2-Bank Kredit Təşkilatına 17 fevral 2025-ci il tarixə 6000 manat əsas borc, 2308 manat faiz borcu yaranmışdır. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınmışlar. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədiyinə görə cavabdehlərə 220 manat 51 qəpik cərimə hesablanmışdır. Ona görə də İddiaçı X2- Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6000 manat əsas borc, 2308 manat faiz borcu, 220 manat 51 qəpik cərimə, cəmi 8528 manat 51 qəpik borcun və 105,29 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 08 iyul 2024-cü il tarixli **********1981 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X2-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 ailəkəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 30 ay müddətinə illik 26% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 30 ay müddətində, illik 26% dərəcəsi ilə 6000 manat məbləğində əsas kredit və 2308 manat məbləğində faiz (29 ay 278 manat, 1 ay 246 manat) olmaqla cəmi 8308 manat ödəniş etməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 iyul 2024-cü il tarixli, **********1***- ******* saylı və **********1***-******* saylı zaminlik müqavilələrindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 İddiaçı X2-Bank Kredit Təşkilatından götürdüyü 6000 manat kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşlər. İşdə olan maliyyə arayışdan görünür ki, 08 iyul 2024-cü il tarixli **********1981 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X2-Bank Kredit Təşkilatına 17 fevral 2025-ci il tarixə 6000 manat əsas borcu, 2308 manat faiz borcu, 220 manat 51 qəpik cərimə, cəmi 8528 manat 51 qəpik borcu vardır. Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcdan və faiz borcdan ödəniş etməmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 08 iyul 2024cü il tarixli **********1981 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 06 mart 2025-ci il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 08 iyul 2024-cü il tarixli **********1981 saylı kredit müqaviləsi üzrə İddiaçı X2-Bank Kredit Təşkilatına olan 6000 manat əsas borcun, 2308 manat faiz borcun, 220 manat 51 qəpik cərimənin, cəmi 8528 manat 51 qəpik borcun qısa müddət ərzində ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2024-cü il tarixli **********1981 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 30 ay müddətinə, illik 26% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdeh 29 ay 278 manat, 1 ay 246 manat ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği cavabdehə nağdsız qaydada, yəni üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən cavabdehlər-zaminlər kredit alanın-Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşlər. Lakin Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınmışlar. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədiyinə görə cavabdehlərə 220 manat 51 qəpik cərimə hesablanmışdır. Ona görə də İddiaçı X2- Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6000 manat əsas borc, 2308 manat faiz borcu, 220 manat 51 qəpik cərimə, cəmi 8528 manat 51 qəpik borcun və 105,29 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış 08 iyul 2024-cü il tarixli **********1981 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı cavabdehə 06 mart 2025-ci il tarixində bildiriş göndərməklə cavadehdən kredit müqaviləsi üzrə 6000 manat əsas borcun, 2308 manat faiz borcun, 220 manat 51 qəpik cərimə, cəmi 8528 manat 51 qəpik borcun qaytarılmasını tələb etmişdir. Buradan görünür ki, İddiaçı X2-Bank Kredit Təşkilatı Cavabdeh1 qarşı faiz borcunu ödəniş cədvəli üzrə 18 yanvar 2024-cü il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi 06 mart 2025-ci il tarixədək ödənilməmiş faiz borcunu 1011 manat (178+132+125+125+118+118+115+100=1011) məbləğində hesablamalı olduğu halda, iddiaçı həmin faiz borcunu ödəniş cədvəlində göstərilən son ödəmə tarixinə, yəni 18 yanvar 2027-ci il tarixədək hesablamışdır. Məhkəmə bununla bağlı hesab edir ki, iddiaçı müqaviləyə xitam verildiyi vaxtdan sonra həmin müqavilənin son ödəniş tarixinədək hesablanmış faiz borcunu deyil, məhkəməyə müraciət edildiyi vaxtadək hesablanmalı olan faiz borcunun cavabdehlərdən tutulmasını tələb edə bilər. Digər tərəfdən iddiaçı cavabdehlərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etməmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı X2-Bank Kredit Təşkilatı 08 iyul 2024-cü il tarixli **********1981 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas borcun, məhkəməyə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək yaranmış 1011 manat faiz borcunun, 220 manat 51 qəpik cərimənin, cəmi 7231,51 manat borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6000 manat əsas borc, 1011 manat faiz borcu, 220 manat 51 qəpik cərimə, cəmi 7231,51 manat alınıb İddiaçı X2-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 10 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X2-Bank Kredit Təşkilatı tərəfindən 105,29 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105,29 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6000 manat əsas borc, 1011 manat faiz borcu, 220 manat 51 qəpik cərimə, cəmi 7231 (yeddi min iki yüz otuz bir) manat 51 (əlli bir) qəpik müştərək qaydada alınıb İddiaçı X2-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 (bir yüz beş) manat 29 (iyirmi doqquz) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar