Məhkəmə qərarları › İş №e-2(055)-548/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-548/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-548/2025 18.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1028,16 manat əsas borc, 137 manat faiz borcu, 116,22 manat cərimə, cəmi 1281,38 manat borcun və 32,82 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2023-cü il tarixli **********0439 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 34% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 146 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında **********0***-******* və **********0***-******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatına 1028,16 manat əsas borc, 137 manat faiz borcu, 116,22 manat cərimə, cəmi 1281,38 manat borcu yaranmışdır. Ona görə də iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1028,16 manat əsas borc, 137 manat faiz borcu, 116,22 manat cərimə, cəmi 1281,38 manat borcun və 32,82 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 26 yanvar 2023-cü il tarixli **********0439 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh2 ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə illik 34% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 24 ay müddətində, illik 34% dərəcəsi ilə 2500 manat məbləğində kreditə görə hər ay 146 manat ödəniş etməli olmuşdur. Həmin müqavilə üzrə ödənişlərin son tarixi 26 yanvar 2025-ci il tarixi müəyyən edilmişdir. İşdə olan İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 26 yanvar 2023-cü il tarixli,**********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqavilələrindən görünür ki, bu müqavilələr cavabdeh (kredit alan) Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda zaminlər Cavabdeh3 və Cavabdeh1 əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. İşdə olan 17 fevral 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, 26 yanvar 2023-cü il tarixli **********0439 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatına 17 fevral 2025-ci il tarixə 1028,16 manat əsas borcu, 137 manat faiz borcu, 116,22 manat cərimə borcu, cəmi 1281,38 manat borcu vardır. Cavabdeh2 əsas borcundan 1471,84 manat, faiz borcundan 853 manat, cərimə borcundan 116,72 manat, cəmi 2441,56 manat ödəniş etmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 26 yanvar 2023-cü il tarixli **********270336 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh2 ilə İddiaçı X1-Bank Kredit Təşkilatının arasında 26 yanvar 2023-cü il tarixli **********0439 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə, illik 34% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında **********0***-******* və **********0***-******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatı 1028,16 manat əsas borc, 137 manat faiz borcu, 116,22 manat cərimə borcu, cəmi 1281,38 manat borcu yaranmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1028,16 manat əsas borcun, 137 manat faiz borcu, 116,22 manat cərimə borcu, cəmi 1281,38 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 26 yanvar 2023-cü il tarixli **********0439 saylı kredit müqaviləsi və 26 yanvar 2023-cü il tarixli, **********0***- ******* və **********0***-******* saylı zaminlik müqavilələri üzrə 1028,16 manat əsas borcun, 137 manat faiz borcunun, 116,22 manat cərimənin, cəmi 1281,38 manat borcun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən 26 yanvar 2023-cü il tarixli **********0439 saylı kredit müqaviləsi və 26 yanvar 2023-cü il tarixli, **********0***-******* və **********0***-******* saylı zaminlik müqavilələri üzrə tələb olunan 116,22 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 24 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1028,16 manat əsas borc, 137 manat faiz borcu, 116,22 manat cərimə, cəmi 1281,38 manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 10 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 32,82 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,82 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1028,16 manat əsas borc, 137 manat faiz borcu, 24 manat cərimə, cəmi 1189 (bir min yüz səksən doqquz) manat 16 (on altı) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat 82 (səksən iki) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar