Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-55/2024 18.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Əlikiram oğlunun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 sentyabr 2019-cu il tarixli, BPM**********29 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit üzrə 747,43 manat əsas, 0 manat faiz olmaqla, cəmi 747,43 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə məhkəmədə iddia qaldırmışdır. Daha sonra, Saatlı Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(055)- 1320/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Əzizov Azər Əlikiram oğlu arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, BPM**********29 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Azər Əzizova 18 ay müddətinə illik 20% dərəcəsi ilə hesablanmaqla 2700 manat məbləğində nağd kredit verilmişdir. X3 Əlikiram oğlu 04 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Saatlı rayon Notariat Ofisi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 244 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, X4 Əlikiram oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Bankın İmişli filialı tərəfindən təqdim edilmiş 29 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Əzizov Azər Əlikiram oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş nağd kredit üzrə 747,43 manat əsas borcu qalmışdır. X4 Əlikiram oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, cavabdehlər onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliklərini icra etməmişlər. Ona görə də X4 Əlikiram oğlunun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 sentyabr 2019-cu il tarixli, BPM**********29 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit üzrə 747,43 manat əsas, 0 manat faiz olmaqla, cəmi 747,43 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında göstərdi ki, həqiqətən də, X4 Əlikiram oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüşdür. O və oğlu Cavabdeh2 Əzizov Azər Əlikiram oğlunun vərəsələridirlər və ondan qalan miras əmlakı qəbul etmişlər. Lakin hazırda onların kredit borcunu ödəməyə imkanları yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 qanuni nümayəndəsi-anası Cavabdeh1 iştirakı ilə dindirilərkən Cavabdeh1 izahatına uyğun izahat verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 sentyabr 2019-cu il tarixli BPM**********29 saylı kredit müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 18 ay müddətinə illik 20% dərəcəsi ilə ödəmək şərti ilə 2700 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əzizov Azər Əlikiram oğlu arasında bağlanmışdır. Əzizov Azər Əlikiram oğlu kredit müqaviləsi üzrə ümumlikdə 3147,39 manat ödəniş etməli olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş maliyyə arayışından görünür ki, 12 sentyabr 2019-cu il tarixli BPM**********29 saylı kredit müqaviləsi üzrə X3 Əlikiram oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 747,43 manat əsas borcu qalmışdır. Əzizov Azər Əlikiram oğlu müqavilə üzrə əsas borcdan 1952,57 manat, faiz borcundan 299,18 manat, cərimə borcundan 135,42 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizov Azər Əlikiram oğlu 04 oktyabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Notariat Ofisinin 05 iyun 2023-cü il tarixli 244 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış və 04 oktyabr 2020-ci il tarixdə vəfat etmiş Əzizov Azər Əlikiram oğlunun adına 18 yanvar 2021ci il tarixdə 8V-13 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır. Mərhumun arvadı, xx xxxx 1971-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan Cavabdeh1 və mərhumun oğlu, xx xxxxxx 2008-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Cavabdeh2 qanun üzrə vərəsə kimi tanınmış və miras əmlaklara dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 avqust 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilərək Əzizov Azər Əlikiram oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsi üzrə 747,43 manat borcu qaldığı və Əzizov Azər Əlikiram oğlundan qalan miras əmlakı qəbul etdikləri üçün borclunun vərəsələri olaraq onların həmin borc məbləğini ödəməli olduqları bildirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 18 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04 oktyabr 2020-ci il tarixdə vəfat etmiş Əzizov Azər Əlikiram oğlunun vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 4tda olan Cavabdeh2dur və onların hər biri miras əmlakdan ½ irs almalıdırlar. Şəhadətnamə verilən əmlak Azərbaycan Dəmir Yolu idarəsinin 8 saylı Saatlı yol şöbəsinin 10 dekabr 2020-ci il tarixli 290 saylı məktubuna əsasən 1736,98 manat pul vəsaitindən ibarətdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2008-ci il tarixdə anadan olmuşdur. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306.1 və 1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əzizov Azər Əlikiram oğlu arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, BPM**********29 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Azər Əzizova 18 ay müddətinə illik 20% dərəcəsi ilə hesablanmaqla 2700 manat məbləğində kredit verilmişdir. X3 Əlikiram oğlu 04 oktyabr 2020-ci il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. 12 sentyabr 2019-cu il tarixli BPM**********29 saylı kredit müqaviləsi üzrə X4 Əlikiram oğlunun vəfat etdiyi tarixə iddiaçıya ödənilməmiş 747,43 manat kredit borcu qalmışdır. X4 Əlikiram oğlundan qalmış mirası qəbul etmələrinə və onlara xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliklərini icra etməmişlər. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X4 Əlikiram oğlunun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 sentyabr 2019-cu il tarixli, BPM**********29 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit üzrə 747,43 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 747,43 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 747,43 manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 747 (yeddi yüz qırx yeddi) manat 43 (qırx üç) qəpik alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-55/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-55/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver