Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-557/2025 25.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin (bundan sonra - İddiaçı BOKT MMC) cavabdehlər Cavabdeh1 və X5 qarşı kreditin və kredit faizlərinin ödənilməsi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və X5 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1194.04 manat əsas borc, 8.80 manat faiz borcu, Azərbaycan Respublikası Mərkəzi bankının uçot dərəcəsinə əsasən 2021-2022- 2023-cü illər üçün 368 manat, cəmi 1570,84 manat borcun və ödənilmiş 36 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC tələbini onunla əsaslandırmışdır ki, 28 iyun 2019-cu il tarixli 45/0619-080 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1254,04 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh X3 xx.xx.2021-ci il tarixə olan hesablamalara görǝ iddiaçıya 1194,04 (bir min bir yüz doxsan dörd manat dörd qəpik) manat asas kredit borcu, 8,80(sakkiz manat səksən qapik) manat faiz borcu, cəmi 1202,84 (bir min iki yüz iki manat səksən dörd qapik) manat borcu təşkil edir. Cavabdehlər X6 və Cavabdeh2 dəfələrlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş. kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKTa olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Cavabdeh X8 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin X7 ilə iddiaçı arasında 28 iyun 2019-cu il tarixli 45/0619-080Z saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Əlava olaraq qeyd edirik ki, cavabdeh X8 28 iyun 2019- cu il tarixli 45/0619- 080 saylı Kredit(Restrukturizasiya) müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 60(altmış) manat ödəniş etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlər Cavabdeh1 və X4 20 aprel 2021-ci il tarixə iddiaçıya 1194.04 manat əsas borcu və 8.80 manat faiz borcu, cəmi 1202,84 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-ci il üçün müəyyən etdiyi bank uçot dərəcəsi 7%, 2022-ci il üçün isə 8%, 2023-cü il üçün isə 9% təşkil etmişdir. 2021-ci il üçün 83 manat (1194*7%-83 manat), 2022-ci il üçün 95 manat (1194*8%=95 manat), 2023-ci il üçün 107 manat(1194*9%=107 manat), 2024-ci il üçün 83 manat (1194*7%=83 manat), cəmi 368(üç yüz altmış səkkiz) manat təşkil edir. Borcun qaytarılması barədə cavabdehlərə xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamələrdən görünür ki, məhkəmə bildirişini Cavabdeh1 və X9 xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsalar da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 28 iyun 2019-cu il tarixli 45/0619-080 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1254,04 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 45/0619-080 saylı kredit müqaviləsi üzrə 20 aprel 2021-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC-yə əsas borcunun məbləği 1194,04 manat, faiz borcunun məbləği 8.80 manat, Azərbaycan Respublikası Mərkəzi bankının uçot dərəcəsinə əsasən 2021-2022- 2023-cü illər üçün 368 manat, cəmi məbləği 1570,84 manat təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, X9 xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh1) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan 18 yanvar 2021-ci il tarixli bildirişlərdən və həmin bildirişlərin cavabdehlər tərəfindən qəbul edildiyini göstərən xəbərnamələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərdən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 28 iyun 2019-cu il tarixli 45/0619-080 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1254,04 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 iddiaçıya 1194.04 manat əsas borcu və 8.80 manat faiz borcu, Azərbaycan Respublikası Mərkəzi bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 368 manat, cəmi məbləği 1570,84 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və X1 28 iyun 2019-cu il tarixli 45/0619-080 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə əsas borcun və faiz borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İddiaçı Azərbaycan Respublikası Mərkəzi bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün cavabdehlərdən 368 manat pul tutulmasını tələb etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddianın qeyd olunan hissəsini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və X1 28 iyun 2019-cu il tarixli 45/0619-080 saylı kredit müqaviləsi üzrə 1194.04 manat əsas borc, 8.80 manat faiz borcu, cəmi 1202,84 manat alınıb İddiaçı BOKT MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 1194.04 manat əsas borc və 8.80 manat faiz borcu, cəmi 1202.84 (bir min iki yüz iki manat səksən dörd qəpik) manat alınıb İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-557/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-557/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver