Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-587/2025 01.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1347,05 manat əsas borc, 17,42 manat faiz borcu, öhdəliklərin icra edilməməsinə görə 416 manat borcun, cəmi 1780,47 manat borcun və ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 iyul 2019-cu il tarixli 45/0719-097 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1347,05 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh 12 noyabr 2020-ci il tarixə iddiaçıya 1347,05 manat əsas borcu və 17,42 manat faiz borcu, cəmi 1364,47 manat borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi 2021-ci il üçün yeddi faizlə 94 manat, 2022-ci il üçün səkkiz faizlə 107 manat, 2023-cü il üçün doqquz faizlə 121 manat və 2024-cü il üçün yeddi faizlə 94 manat, ümumilikdə 416 manat hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1347,05 manat əsas borcun, 17,42 manat faiz borcun, 2021-2024-cü illərdə öhdəliklərin icra edilməməsinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə 416 manat borcun, cəmi 1780,47 manat borcun və ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 iyul 2019-cu il tarixli 45/0719-097 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1347,05 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Kreditin verilmə tarixi 27 iyul 2019-cu il, kreditin tam qaytarılma tarixi 27 iyul 2024-cü il müəyyən edilmişdir. Müqavilənin 1.3-cü maddəsinə əsasən kredit illik 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə) verilmişdir. İşdə olan Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 27 iyul 2019-cu il tarixli 45/0719-097 saylı kredit müqaviləsi üzrə 12 noyabr 2020-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə iddia qaldırılan günə olan vaxtı keçməmiş əsas kredit borcunun məbləği 1264,43 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcunun məbləği 0,62 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 82,62 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz borcunun məbləği 16,80 manat, borc üzrə iddia tələbinin cəmi 1364,47 manat təşkil edir. İşdə olan 25 sentyabr 2020-ci il və 15 oktyabr 2020-ci il tarixli bildirişlərdən və həmin bildirişlərin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamələrdən görünür ki, iddiaçı cavabdehdən 27 iyul 2019-cu il tarixli 45/0719-097 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsini tələb etmişdir. İşdə olan 08 may 2024-cü il tarixdə çap edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı-Uçot faiz dərəcəsinə aid axtarış səhifəsindən edilmiş çıxarışlardan görünür ki, bank uçot dərəcəsi 2021-ci il üçün yeddi faiz, 2022-ci il üçün səkkiz faiz, 2023-cü il üçün doqquz faiz və 2024-cü il üçün yeddi faiz təşkil etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 27 iyul 2019-cu il tarixli 45/0719-097 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1347,05 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh 12 noyabr 2020-ci il tarixə iddiaçıya 1347,05 manat əsas borcu və 17,42 manat faiz borcu, cəmi 1364,47 manat borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi 2021-ci il üçün yeddi faizlə 94 manat, 2022-ci il üçün səkkiz faizlə 107 manat, 2023-cü il üçün doqquz faizlə 121 manat və 2024-cü il üçün yeddi faizlə 94 manat, ümumilikdə 416 manat hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1347,05 manat əsas borcun, 17,42 manat faiz borcun, 2021- 2024-cü illərdə öhdəliklərin icra edilməməsinə görə Mərkəzi Bankın uçot dərcəsi ilə 416 manat borcun, cəmi 1780,47 manat borcun və ödənilmiş 38 manat dövlət rüsumunun tutulmasını tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, Cavabdeh 27 iyul 2019-cu il tarixli 45/0719-097 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1347,05 manat məbləğində borc öhdəliyini kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə icra etmədiyindən iddiaçı tərəfindən cavabdehə qarşı müqavilədə göstərilən illik 1 faiz dərəcəsindən başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bank uçot dərəcəsi 2021-ci il üçün yeddi faizlə 94 manat, 2022-ci il üçün səkkiz faizlə 107 manat, 2023-cü il üçün doqquz faizlə 121 manat və 2024-cü il üçün yeddi faizlə 94 manat, ümumilikdə 416 manat faiz borc hesablanmışdır. Məhkəmə bununla bağlı hesab edir ki, iddiaçı cavabdehə vermiş olduğu 1347,05 manat kreditə görə 60 ay (xx.xx.2019-xx.xx.2024-cü illər üzrə) müddətinə illik 1 faiz dərəcəsi tətbiq etməklə cavabdehdən cəmi 17,42 manat faiz borcunu tələb etməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olsa da, iddiaçı həmin müqavilə üzrə bir il güzəşt müddətini ötürdükdən sonra qalan 2021-2024-cü illər üçün bank uçot faiz dərəcəsi tətbiq etməklə yenidən dörd il müddətinə cavabdehdən ümumilikdə 416 manat faiz borc tələb etməsi restrukturizasiya müqaviləsinin mahiyyətinə və şərtlərinə uyğun deyil, yəni iddiaçı digər əsaslardan çıxış edərək müqavilədə göstərilən bir faiz məbləğindən artıq (əlavə) faiz məbləği tələb etmək hüququna malik deyildir. Buna baxmayaraq iddiaçı tələbində cavabdehə qarşı müqavilə üzrə son ödənişin tarixindən sonra yəni, 28 iyul 2024-cü ildən xx.xx.2024-cü il tarixədək olan cəmi beş ay müddətində bank uçot dərəcəsi hesablaya bilərdi ki, həmin məbləğ də 39,1 manat təşkil edir. Belə ki, iddiaçının 2024-cü il üçün Mərkəzi Bankın 7 faizlik uçot dərəcəsi ilə tələb etdiyi 94 manat borcu aylara böldükdə (94:12) 7,83 manat təşkil edir və həmin məbləği beş aya vurduqda (7,83x5) 39,1 manat edir. Qeyd olunanlardan görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 1347,05 manat əsas borcun, 17,42 manat faiz borcun, öhdəliklərin icra edilməməsinə görə 39,1 manat borcun, cəmi 1403,57 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 27 iyul 2019-cu il tarixli 45/0719-097 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1347,05 manat əsas borc, 17,42 manat faiz borcu, öhdəliklərin icra edilməməsinə görə 39,1 manat borc, cəmi 1403,57 manat alınıb iddiaçı ASEL KREDİT» Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 02 aprel 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 27 iyul 2019-cu il tarixli 45/0719-097 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1347,05 manat əsas borc, 17,42 manat faiz borcu, öhdəliklərin icra edilməməsinə görə 39,1 manat borc, cəmi 1403 (bir min dörd yüz üç) manat 57 (əlli yeddi) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-587/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-587/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver