Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-629/2025 22.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7800 manat borcun, ödənilmiş 102 manat dövlət rüsumunun, dəyəri 150 manat olan bir ədəd ovuc daşlayıcının (laqonda), hüquqi yardıma görə ödənilmiş 150 manat xidmət haqqının, 30 manat poçt xidmət haqqının və telefon danışıq xərcinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 2024-cü ilin aprel-may aylarında sökülmüş tikinti materialları alıb-satılması məqsədi ilə ondan borc istəmiş, o da cavabdehi tanıdığından və etibar etdiyindən onunla bir ay müddətində qaytarmaq şərti ilə razılaşaraq qiyməti 150 manat olan bir ədəd dəmir kəsən laqondanı və 7800 manat məbləğində pulu borc olaraq cavabdehə vermişdir. Lakin cavabdeh onunla olan razılaşmanı pozaraq müəyyən olunmuş müddətdə 7800 manat borcunu və laqondanı hazırki vaxtadək qaytarmamışdır. Bununla bağlı cavabdehlə dəfələrlə telefon danışığı aparmış, ona poçt vasitəsi ilə xəbərdarlıq məktubu göndərmiş, amma cavabdeh bilərəkdən onun borcunu və laqondasını qaytarmaqdan yayınmışdır. Bundan sonra o cavabdeh tərəfindən aldadıldığını anlayaraq 13 fevral 2025-ci il tarixində Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə şikayət etmiş və polis şöbəsində Cavabdeh vermiş olduğu izahatında qeyd etmişdir ki, ondan borc olaraq aldığı 7800 manat pulu 2025-ci ilin may ayından hissə-hissə ödəyib tam qurtaracaqdır. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək yenə də borcu qaytarmaqdan imtina etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Cavabdeh 7800 manat borcun, ödənilmiş 102 manat dövlət rüsumunun, dəyəri 150 manat olan bir ədəd ovuc daşlayıcının (laqonda), hüquqi yardıma görə ödənilmiş 150 manat xidmət haqqının, 30 manat poçt xidmət haqqının və telefon danışıq xərcinin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2025-ci ildə Cavabdeh tərəfindən yazılıb imzalanmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə verilmiş izahatın surətindən görünür ki, Cavabdeh ikinci əl (sökülmüş) tikinti materiallarının pulundan İddiaçı borclu qaldığı 7800 manat pulu maddi imkanın yaxşı olmaması səbəbindən ödəyə bilmədiyini və 2025-ci ilin may ayından etibarən hissə-hissə olmaqla həmin 7800 manat pulu İddiaçı qaytaracağına söz vermiş və bundan sonra pulun qaytarılmasında məsuliyyət daşıdığını qeyd etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan və "xxxx" MMC-nin 14 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumilikdə 8130 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmişdir. İddiaçı həmin xəbərdarlıq məktubunun göndərilməsi üçün 1,12 manat poçt xidmət haqqı ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşin araşdırılan halları, iddiaçının izahatı və 13 fevral 2025-ci ildə Cavabdeh tərəfindən yazılıb imzalanmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə verilmiş izahatla müəyyən olundu ki, Cavabdeh 2024-cü ilin aprel-may aylarında ikinci əl (sökülmüş) tikinti materiallarının alınması məqsədi ilə İddiaçı bir ay müddətinə qaytarmaq adı ilə aldığı 7800 manat pulu hazırki vaxtadək iddiaçıya qaytarmamışdır. İddiaçı bu halı təqdiq edən 13 fevral 2025-ci ildə Cavabdeh tərəfindən yazılıb imzalanmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə verilmiş izahatı sübut olaraq məhkəməyə təqdim etmişdir, lakin tərəflər arasında qeyd edilən mübahisə ilə bağlı notariat qaydasında bağlanmış müqavilə üzrə öhdəlik hüquq münasibətləri olmamışdır. Məhkəmə qeyd olunanları və 13 fevral 2025-ci ildə Cavabdeh tərəfindən yazılıb imzalanmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə verilmiş izahatı mötəbər sübut kimi qəbul edərək hesab edir ki, İddiaçı Cavabdeh 7800 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 150 manat dəyərində olan bir ədəd ovuc daşlayıcının (laqonda), hüquqi yardıma görə ödənilmiş 150 manat xidmət haqqının, telefon danışıq xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı qeyd edilənlərlə bağlı "xxxx" MMC-nin 14 fevral 2025-ci il tarixli mədaxil qəbzini təqdim etmişdir ki, həmin qəbzdə də poçt xidmət haqqı 1,12 manat qeyd edilmişdir. Bundan başqa hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, poçt xidmət haqqı olaraq ödənilmiş 1,12 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 7800 manat və 1,12 manat poçt xidmət haqqı alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 10 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 102 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 102 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 102 (bir yüz iki) manat dövlət rüsumu və 1 (bir) manat 12 (on iki) qəpik poçt xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-629/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-629/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver