Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-672/2025 07.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdehin nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ondan mənimsənilmiş 8.268.710 (səkkiz milyon iki yüz altmış səkkiz min yeddi yüz on) rublun bu günə olan Azərbaycan valyuta məzənnəsinə uyğun olaraq 165989 (bir yüz altmış beş min doqquz yüz səksən doqquz) manatın, (97640 ABŞ dollar), 476 manat (dörd yüz yetmiş altı) manat dövlət rüsumunun, 20000 (iyirmi min) manat əldən çıxmış faydanın, ümumilikdə 186499 (bir yüz səksən altı min dord yüz altmış doqquz) manatın ödəniləcəyi günə olan məzənnəyə uyğun olaraq pulların birdəfəlik olaraq cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümyəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iş üzrə cavabdeh iddiaçının həmkəndlisidir. İddiaçı ilə birlikdə işləyən Xəzər adlı şəxsin və atasının vasitəsi ilə cavabdehlə tanış olmuşlar. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ilə Rusiya Federasiyasının Tula şəhərində mağaza işlətmək məqsədi ilə iddiaçı tərəfindən pul verilməli və cavabdeh isə həmin işləri görməklə həmin pullarla ticarət etməli və əldə edilən pullar qazancla birlikdə iddiaçıya qaytarmalı idi. Razılaşmaya əsasən Cavabdeh iddiaçıdan götürdüyü pulları qazancla birlikdə verməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə ayrı-ayrı vaxtlarda iddiaçı Cavabdeh və onun sifarişi ilə ümumilikdə 8.268.710 (səkkiz milyon iki yüz altmış səkkiz min yeddi yüz on) rubl (Rusiyanın milli valyutası) pul vermişdir. Cababdeh bir necə ay özü işlədikdən sonra iddiaçı ondan işlə bağlı, çəkilən xərclər, gəlirlər barəsində məlumat əldə etmək istədikdə o, iddiaçıya ilk vaxtlarda müxtəlif bəhanələrlə işlərin uzandığını və sonradan iddiaçıya qarşı təhdid və təziqlər etməyə başlamışdır. Artıq iddiaçı Cavabdeh tərəfindən aldadıldığını və verilmiş pullarının mənimsənildiyini hiss etmişdir. Cavabdeh iddiaçı tərəfidən verilmiş pulları qaytarmaqdan imtina edərək pul vəsaitini könüllü qaytarmaq istəmir. Lakin Cavabdeh aralarında olan razılaşmaya əsasən heç bir hərəkət etməmiş və aldığı pul vəsaitini geri qaytarmaqdan imtina edərək şər və bohtan atmaqla məşğuldur. Göründüyü kimi iddiaçının hüquqları cavabdeh tərəfindən pozulmuş və pozulmaqda da davam edir. Bu isə iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmaq niyyəti ilə edilir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh dediyinə görə onun İddiaçı hər hansı məbləğdə borcu yoxdur. Əksinə İddiaçı Cavabdeh 3.600.000 rubl borcu vardır. Bildirir ki, Həmdulla Saqifin özünə heç bir pul verməmişdir. Həmdulla tərəfindən pullar birgə ticarət qurmaq məqsədilə verilmişdir. Lakin ticarət alınmamışdır. Hazırda da Saqif özü Rusiya Federasiyasının Tula şəhərindədir. Ticarət məqsədilə Həmdullanın verdiyi puldan əlavə Saqif özü də nisyə mallar götürmüşdür. Nisyə götürlümş malların pulların qaytarmaq məqsədilə Saqif Azərbaycana gələ bilmir. İddiaçı Hıəmdulla da qaçıb Türkiyə Respublikasına getmişdir. Saqif Həmdulladan tələb edir ki, gəlsin o, da dükanı işlətsin, lakin Həmdulla gəlmir. Bir daha bildirir ki, Saqif Həmdulladan hər hansı məbləğdə pul almamışdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, Cavabdehla İddiaçı o, tanış etmişdir. Həmdullaya Rusiya Federasiyasının vətəndaşlığını, özü isə oturum icazəsi almağa çalışmışlar. Lakin, onun tanışının dediyi məbləğ baha olduğundan o, da Saqifin Rusiya Federasiyasında tanışlarının olduğunu bildiyi üçün ona zəng edərək həmin məsələnin həllində köməklik etməsini xahiş etmişdir. Həmin vaxtı Cavabdeh Rusiya Federasiyasında mağaza tapmağını və Həmdulla və onun birlikdə şərik olaraq mağaza açmaqlarını bildirmişdir. 1 həftə keçdikdən sonra Saqif ona içində 18.000.000 Rusiya rublu məbləğində malın olduğu mağazanı tapdığını və malının sahibinin həmin malı 5.000.000 Rusiya rublu qarşılığında satdığını bildirmişdir. Mağaza isə Rusiya Federasiyasının Tula şəhərində yerləşmiş və mallar Özbəkistan Respublikası vətəndaşı Əli adlı şəxsə məxsus olmuşdur. O, da Həmdulla ilə danışaraq mağazaya baxmağı və oranı işlətməyi bildirmişdir. Onlar mağazaya baxmışlar və malın qarşılığında 3.000.000 Rusiya rublunu Əli adlı şəxsə ödəmişlər. Həmin pulu ayrı-ayrı vaxtlarda hissəhissə ödəmişlər. 3.000.000 Rusiya rublu Həmdullaya Azərbaycandan göndərilmişdir. Geri qalan 2.000.000 Rusiya rublu Saqif gəldikdən sonra ödəniləcəkdi. Qarabağda işləri olduğu üçün Saqif Rusiyaya gec gəlmişdir. 2.000.000 Rusiya rublu ödənilmədiyi üçün Əlinin işçiləri də mağazada qalmış və mallar tam təhvil alınmamışdır. Daha sonra Saqif noyabr ayında Rusiyaya gəlmiş, orada o, Həmdulla, Saqif və Əli adlı şəxs hesablaşmışlar və mağazada qazanc olaraq əldə olunan 2.000.000-2.500.000 Rusiya rublu Əli adlı şəxsə verilmişdir. Əlavə olaraq Azərbaycandan 800.000-1.000.000 Rusiya rublu məbləğində pul da gəlmişdir. Daha sonra Həmdulla mağazanın və malların onun olduğunu bildirmiş və üçü arasında mübahisələr yaranmışdır. Onun isə həm Həmdulla, həm də Saqiflə münasibəti pozulmuşdur. O, da dekabr ayının 15-i Azərbaycana qayıtmışdır. Onların hər ikisi onu günahlandırdığı üçün o, onların telefon nömrələrini blok etmişdir. Sonradan Həmdulla mağazanın bütün işlərini Saqifin üzərinə ataraq Türkiyə Respublikasına getmiş və mağazadan yaranan borclar Saqifin üzərində qalmışdır. Saqif hətta mağazanın icarə haqqını ödəyə bilməmişdir. Hal-hazırda həmin mağazanı Cavabdeh işlədir. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, mağazanın icarə haqqı 550000 Rusiya rublu olmuşdur. O, mağazada kassir işləmiş və pulların hesabını aparmamış, pullarla bağlı Həmdulla özü hesab aparmışdır. Onlar şərik olaraq üçü də bütün pulları mağazaya yatırmışlar. Birbirlərinə pul verməmişlər. Həmdulla nağd şəkilində pulları mağazaya qoymuş, Saqif isə nisyə şəklində mal alaraq mağazaya pul qoymuşdur. Dekabr ayının 15-ə qədər əldə olunan qazanc Əli adlı şəxsə malın qarışılığında verilmişdir. Daha sonra o, Azərbaycana qayıtdığı üçün sonrakı qazancdan və xərclərdən məlumatı olmamışdır. Həmdullanın Saqifə iddia ərizəsində göstərdiyi məbləğdə pul verməsini görməmişdir. Pullar şərik olduqları üçün mağazaya qoyulmuşdur. Həmdullaya gələn pulları o, gedib “Food City” adlanan bazardan götürüb ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, İddiaçı onun oğludur. Şahid və Cavabdeh tanıyır. Oğlu Həmdulla ilə Xəzər bir-birini onun vasitəsiylə tanımışlar. Xəzər və Həmdulla sənədlərini düzəltdirmək üçün Saqif ilə danışmışlar. Həmin vaxt Saqiflə mağaza açmaqları barədə də söhbətləri olmuşdur. Mağaza işlətməkləri barədə razılığa gəldikdən sonra Saqif onlara mağazanı tapdığını, Rusiyaya getmələrini, onları orada kimlərinsə qarşılayacağını və özünün isə Qarabağda olan işi ilə əlaqədar sonradan gələcəyini bildirmişdir. Beləliklə, Xəzər və Həmdulla Rusiya Federasiyasına getmişlər və Saqif gələnə kimi mağazanı açmış və ora mal alıb gətirmişdilər. Saqif də Rusiyaya getdikdən bir müddət sonra araları pozulmuşdur. Saqif mağazada qalmış və özünün işlədəcəyini bildirmişdir. Həmdulla Türkiyəyə getmiş, Xəzər isə Azərbaycana qayıtmışdır. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, o, Saqiflə telefon danışığında əgər ziyandadırsa malın hamısını satmasını və pulu verməsini bildirmişdir. Saqif isə ona cavabında pulu verəcəyini bildirmişdir. Pullar mağazaya qoyulmuşdur. Saqif Azərbaycanda olarkən ona pul verilməmişdir. Pul Rusiyaya göndərilmiş və mağaza üçün mal alınmışdır. Saqif yaranan borc məsələsini əvvəl özünün həll edəcəyini bildirsə də, sonradan əksini bildirmişdir. Saqifə təxminən 8 milyon 768 min Rusiya rublu məbləğində pul verilmişdir. X11 və Təhsin göndərmişdir. Xəzər ona zəng edərək Saqifin əmisinin onunla görüşmək istədiyini bildirmişdir. O, da razılaşmışdır ki, məsələni yoluna qoysunlar. Onlar 20 Yanvar dairəsində görüşəcəkmişlər. Lakin, sonradan Xəzər ona Saqifin əmisinin görüşmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, İddiaçı onun yaxınıdır. Cavabdeh isə hazırki mübahisəyə görə tanımışdır. Həmdulla onunla telefon danışığı zamanı onu Rusiyaya gətirəcəyinə söz vermişdir. O, sürücü kimi Təhsin Quliyevlə birlikdə pulu Rusiyaya göndərmək üçün Xırdalan, Sulutəpə və digər yerlərdə müxtəlif şəxslərə vermişlər və həmin şəxlərin vasitəsi ilə pul Rusiyada Həmdulla və digərlərinin olduğu şəhərdə yerləşən bazara göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, İddiaçı onun dostudur. Cavabdeh isə Həmdullanın vasitəsi ilə tanımışdır. Ona Rusiyaya gedəcəyi və onlarla birlikdə iş görəcəyi barədə vəd verildiyi üçün o, da razılaşıb 8 milyondan çox Rusiya rublu məbləğində pul onlara göndərmişdir. Azərbaycan manatı ilə təxminən 140- 150 min manat pul göndərmişdir. Həmdulla ona pulu Rusiyada yerləşən bazara göndərməyini və pulu oradan Saqifin götürəcəyini bildirmişdir. Daha sonra onların arasında mübahisə yarandığını öyrənmişdir. O, Həmdulla ilə telefonla əlaqə saxladıqda ona Saqifin telefona cavab vermədiyini bildirmişdir. O, hazırda pulunu Həmdulladan istəyir. Çünki ondan pulu göndərməyini Həmdulla istəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İşin araşdırılan halları ilə müəyyən edildi ki, Rusiya Federasiyasının Tula şəhərində dükan açmaq və həmin dükana mal almaq məqsədilə İddiaçı Azərbaycan Respublikasında olan tanışları Rusiya Federasiyana pullar göndərmiş və həmin pullar iddiaçı və cavabdehin şərik olduqları dükana mal alınmasına sərf edilmişdir. İşin faktiki halları, şahid ifadələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə birbaşa hər hansı məbləğdə pul verilməmişdir. Bütün pullar dükana mal almağa sərf edilmişdir. İddiaçı tərəfindən də pulların cavabdehə verilməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi iddiaçı və cavabdeh arasında olan “WhatsApp” yazışmalarında iddiaçının cavabdehə pul verməsini və ya cavabdehin iddiaçıdan pul almasını təsdiq edəcək hər hansı yazı müəyyən edilməmişir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 15 aprel 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı 476 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 476 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 476 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-672/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-672/2025
07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver