Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-695/2024 01.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6703,82 manat əsas borcun, 382,01 manat faiz borcun və 26,75 AZN cərimənin, cəmi 7112,58 manat borcun və ödənilmiş 91,13 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, 38020***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə kredit limiti müqaviləsinə əlavə olunan 28 sentyabr 2022-cü il tarixli 38280***- *******01 saylı ödəniş cədvəli üzrə 36 ay müddətinə illik 16% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərilərək xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin 02 may 2024-cü il tarixə iddiaçıya 6703,82 manat əsas borcu, 382,01 manat faiz borcu və 26.75 manat cərimə, cəmi 7112,58 manat borcu yaranmışdır. Ona görə də Cavabdeh kredit limiti müqaviləsinə əlavə olunan 28 sentyabr 2022-cü il tarixli 38280***-*******01 saylı ödəniş cədvəli üzrə 6703,82 manat əsas borcun, 382,01 manat faiz borcun və 26.75 manat cərimənin, cəmi 7112,58 manat məbləğində borcun və ödənilmiş 91,13 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 02 sentyabr 2021-ci il tarixli 38020***-*******02L saylı kredit limiti müqaviləsindən görünür ki, bu müqavilə 10 il müddətinə illik 16% dərəcəsi ilə 50000 manat məbləğində kreditin ayrılması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 02 sentyabr 2021-ci il tarixli, 38020***-*******02L saylı kredit limiti müqaviləsinə əlavə edilən 28 sentyabr 2022-cü il tarixli 38280***-*******01 saylı ödəniş cədvəlindən görünür ki, istehlak tələbatlarının ödənilməsi məqsədi ilə illik 16% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 02 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 02 may 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6703,82 manat əsas borcu, 382,01 manat faiz borcu və 26,75 cərimə, cəmi 7112,58 manat borcu vardır. İşdə olan 18 aprel 2024-cü il tarixli pretenziyadan (bildirişdən) və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh kredit limiti müqaviləsinə əlavə olunan 28 sentyabr 2022-ci il tarixli 38280***-*******01 saylı ödöniş cədvəli üzrə 18 aprel 2024-cü il tarixə olan 6703,82 manat əsas borcun, 357,01 manat faiz borcun və 15,61 manat cərimənin, cəmi 7076,44 manat borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmasını tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv etməyi təklif etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit limiti müqaviləsinə əlavə olunan 28 sentyabr 2022-ci il tarixli 38280***-*******01 saylı ödəniş cədvəli üzrə iddiaçı tərəfindən cavabdehə istehlak tələbatlarının ödənilməsi məqsədi ilə 36 ay müddətinə, illik 16% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit limiti müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o borcunu ödəməkdən yayındığından iddiaçı 02 may 2024-cü il tarixə 6703,82 manat əsas borcu, 382,01 manat faiz borcu və 26,75 cərimə, cəmi 7112,58 manat borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, kredit limiti müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı tərəfindən cavabdehə 18 aprel 2024-cü il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə Cavabdeh 18 aprel 2024-cü il tarixə olan 6703,82 manat əsas borcun, 357,01 manat faiz borcun və 15,61 manat cərimənin, cəmi 7076,44 manat borcun qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Buradan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı faiz borcunun hesablanmasını məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 18 aprel 2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 6703,82 manat əsas borcu, 357,01 manat faiz borcu və 15,61 manat cəriməni, cəmi 7076,44 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh kredit limiti müqaviləsinə əlavə olunan 28 sentyabr 2022-cü il tarixli 38280***-*******01 saylı ödəniş cədvəli üzrə 6703,82 manat əsas borc, 357,01 manat faiz borc və 15,61 manat cərimə, cəmi 7076,44 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş elektron məhkəmə sistemindən edilmiş çıxarışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 may 20204cü il tarixdə (********** nömrəli qəbz) məhkəmədə iddia qaldırmaq üçün 91,13 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 91,13 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh kredit limiti müqaviləsinə əlavə olunan 28 sentyabr 2022-cü il tarixli 38280***-*******01 saylı ödəniş cədvəli üzrə 6703,82 manat əsas borc, 357,01 manat faiz borc və 15,61 manat cərimə, cəmi 7076 (yeddi min yetmiş altı) manat 44 (qırx dörd) qəpik borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 91 (doxsan bir) manat 13 (on üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-695/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-695/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver