Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-697/2024 27.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, 024GFRK saylı kredit müqaviləsi üzrə Cavabdeh 385.99 manat əsas borcun, 15.75 manat faiz borcunun, cəmi 401.74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 25 iyul 2019-cu il tarixli, 024GFRK saylı kredit müqaviləsinə əsasən Cavabdeh 22 iyul 2015-ci il tarixli, 4849NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktruzasiyası məqsədi ilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 389 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və cavabdehin iddiaçıya 385.99 manat əsas borcun, 15.75 manat faiz borcunun, cəmi 401.74 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh 385.99 manat əsas borcun, 15.75 manat faiz borcunun, cəmi 401.74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 iyul 2019-cu il tarixli, 024GFRK saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 22 iyul 2015-ci il tarixli, 4849NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktruzasiyası məqsədi ilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 389 manat məbləğində kredit verilmişdir. İşdə olan 01 fevral 2024-cü il tarixli arayışdan görünür ki, 25 iyul 2019-cu il tarixli, 024GFRK saylı kredit müqaviləsi üzrə Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 10 yanvar 2024-cü il tarixə 385.99 manat əsas borc, 15.75 manat faiz borcu, cəmi 401.74 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arasında 25 iyul 2019-cu il tarixli, 024GFRK saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 22 iyul 2015-ci il tarixli, 4849NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktruzasiyası məqsədi ilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 389 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyindən Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 385.99 manat əsas borc, 15.75 manat faiz borcu, cəmi 401.74 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 385.99 manat əsas borc, 15.75 manat faiz borcu, cəmi 401.74 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək 25 iyul 2019-cu il tarixli, 024GFRK saylı kredit müqaviləsi üzrə Cavabdeh 385.99 manat əsas borc, 15.75 manat faiz borcu, cəmi 401.74 manat pul alınıb iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 25 iyul 2019-cu il tarixli, 024GFRK saylı kredit müqaviləsi üzrə Cavabdeh 385.99 manat əsas borc, 15.75 manat faiz borcu, cəmi 401.74 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 431(dörd yüz otuz bir) manat 74(yetmiş dörd) qəpik pul alınıb iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-697/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-697/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver