Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-7/2025 09.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - BOKT "xxxx" QSC) Cavabdeh qarşı kredit borcunun qaytarılması, tələbin girova yönəldilməsi, girovun açıq hərracda satılaraq kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Yasaf oğlundan xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 1656.67 manat, faiz borcu 702.52 manat, cərimə borcu 248.50 manat, xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 1668,01 manat, faiz borcu 694.73 manat, cərimə borcu 250.20 manat, xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 kredit müqaviləsi üzrə əsas borcu 2925.53 manat, faiz borcu 1254.40 manat, cərimə borcu 438.83 manat, həmçinin ərizəyə görə ödənilmiş 118,79 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 9958.18 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı Girov müqaviləsinə əsasən girov qoyulmuş ümumi dəyəri 1840,00 məbləğində müəyyən 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5,50 qram olan qızıl zəncir boyunbağı, 1 (bir) ədəd 585 əyarlı, çəkisi 5.96 qram olan qızıl qolbağ, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4.88 qram olan qızıl sırğa qızıl-zinət əşyasına, xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22 saylı Girov müqaviləsinə əsasən girov qoyulmuş, ümumi bazar dəyəri 1765,00 məbləğində müəyyən edilmiş 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5.24 qram olan qızıl zəncir boyunbağı, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7.69 qram olan qızıl qolbağ 1 (bir) ədǝd 585 əyarlı, çəkisi 3.16 qram olan qızıl üzük qızıl-zinət əşyasına, xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı Girov müqaviləsinə əsasən girov qoyulmuş ümumi dəyəri 3065.00 manat məbləğində müəyyən edilmiş 1 (bir) ədəd, 585 ǝyarlı çəkisi 10.00 qram olan qızıl sırğa, 1 (bir) ədəd, 585 əyarlı çəkisi 5.07 qram olan qızıl sırğa, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5.84 qram olan qızıl zəncir boyunbağı və (bir) ədəd 585 əyarlı, çəkisi 5.39 qram olan qızıl qolbağ qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş kredit borcunun ödənilməsi vəsaitinin borc tələbinə uyğun olaraq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 1840,00 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı krеdit müqaviləsi bağlanmışdır. Eyni zamanda BOKT "xxxx" QSC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22 saylı kredit müqaviləsinə əsasən18 ay müddətinə qaytarılmaq şərti ilə 1765,00 manat məbləğində kredit verilmişdir. Həmçinin BOKT "xxxx" QSC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə qaytarılmaq şərti ilə 3065,00 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı Girov Müqаviləsinə əsasən Cavabdeh məxsus, ümumi bazar dəyəri 1840,00 manat məbləğində müəyyən edilmiş 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5,50 qram olan qızıl zəncir boyunbağı, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5.96 qram olan qızıl qolbağ, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4.88 qram olan qızıl sırğa, xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22 saylı krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22saylı Girov müqаviləsinə əsasən Cavabdeh məxsus ümumi bazar dəyəri 1765,00 manat məbləğində müəyyən edilmiş 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5,24 qram olan qızıl zəncir boyunbağı, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7.69 qram olan qızıl qolbağ, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3.16 qram olan qızıl üzük və xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı Girov müqаviləsinə əsasən Cavabdeh məxsus ümumi bazar dəyəri 3065,00 manat məbləğində müəyyən edilmiş 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 10.00 qram olan qızıl sırğa, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5.07 qram olan qızıl sırğa, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5.84 qram olan qızıl zəncir boyunbağı və (bir) ədəd, 585 əyarlı, çəkisi 5.39 qram olan qızıl qolbağ BOKT "xxxx" QSC-nin xeyrinə girov qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, kredit müqavilələri üzrə müxtəlif vaxtlarda ödənişlər həyata keçirmişdir. Lakin bank tərəfindən həmin ödənişlər nəzərə alınmamış və ona artıq faiz hesablanmışdır. Ona görə də, iddianın təmin edilməməsini xahiş etdi. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 698-HQZ-0521-22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 34% olmaqla 18 ay müddətinə 1840 manat məbləğində kreditin verilməsi ilə əlaqədar BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 698-HQZ-0521-22 saylı girov müqaviləsinə əsasən Cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilən 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5,50 qram olan qızıl zəncir boyunbağı, 1 (bir) ədəd 585 əyarlı, çəkisi 5.96 qram olan qızıl qolbağ, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4.88 qram olan qızıl sırğa qızıl-zinət əşyalarını xx.xx.2022-ci il tarixli, 698-HQZ-0521-22 saylı kredit müqaviləsinin lazimi qaydada yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsinin təminatı olaraq iddiaçının mülkiyyətinə vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışıdan görünür ki, xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borcu 1656.67 manat, faiz borcu 702.52 manat, cərimə borcu 248.50 manat, ümumi borc 2607,69 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 698-HQZ-0705-22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 34% olmaqla 18 ay müddətinə 1765 manat məbləğində kreditin verilməsi ilə əlaqədar BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 698-HQZ-0705-22 saylı girov müqaviləsinə əsasən Cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilən 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5.24 qram olan qızıl zəncir boyunbağı, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7.69 qram olan qızıl qolbağ 1 (bir) ədǝd 585 əyarlı, çəkisi 3.16 qram olan qızıl üzük qızıl-zinət əşyalarını xx.xx.2022-ci il tarixli, 698-HQZ-0705-22 saylı kredit müqaviləsinin lazimi qaydada yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsinin təminatı olaraq iddiaçının mülkiyyətinə vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışıdan görünür ki, xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borcu 1668,01 manat, faiz borcu 694.73 manat, cərimə borcu 250.20 manat, ümumi borc 2612,94 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 34,01% olmaqla 24 ay müddətinə 3065 manat məbləğində kreditin verilməsi ilə əlaqədar BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı girov müqaviləsinə əsasən Cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilən 1 (bir) ədəd, 585 ǝyarlı çəkisi 10.00 qram olan qızıl sırğa, 1 (bir) ədəd, 585 əyarlı çəkisi 5.07 qram olan qızıl sırğa, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 5.84 qram olan qızıl zəncir boyunbağı və (bir) ədəd 585 əyarlı, çəkisi 5.39 qram olan qızıl qolbağ qızıl-zinət əşyalarını xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı kredit müqaviləsinin lazimi qaydada yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsinin təminatı olaraq iddiaçının mülkiyyətinə vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışıdan görünür ki, xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borcu 2925.53 manat, faiz borcu 1254.40 manat, cərimə borcu 438.83 manat, ümumi borc 4618,76 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 9/8093 nömrəli rəyində göstərilmişdir ki: iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh Yasef oğlu ilə "xxxx" BOKT QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 698-HQZ-0521-22 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixə esas borc üzrə 1,656.67 manat, faiz borcu üzrə 702.52 manat. iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh Yasef oğlu ilə "xxxx" BOKT QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 698-HQZ-0705-22 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur xx.xx.2024-cü il tarixə əsas borc üzrə 1,668.01 manat, faiz borcu üzrə 694.72 manat. iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh Yasǝf oğlu ilə "xxxx" BOKT QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 698-HQZ-0761-22 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2,925.53 manat, faiz borcu üzrə 1,254.40 manat. Məhkəmə cavadehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh aldığı pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddət ərzində qaytarmamışdır. Həmçinin, tərəflər arasında girov müqaviləsi bağlanmış və cavabdeh kredit öhdəliyinin təminatı kimi özünə məxsus qızıl-zinət əşyalarını girov qismində iddiaçının mülkiyyətinə vermşdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsinə görə əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı kredit müqaviləsi üzrə tələb olunan 248,50 manat məbləğində, xx.xx.2022-ci il tarixli 698-HQZ- 0705-22 saylı kredit müqaviləsi üzrə tələb olunan 250,20 manat məbləğində və xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı kredit müqaviləsi üzrə tələb olunan 438,83 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun miqdarı 160 manatadək, xx.xx.2022-ci il tarixli 698-HQZ- 0705-22 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun miqdarı 160 manatadək və xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun miqdarı 290 manatadək azaldılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi tələbin girov predmetinə yönəldilməsi, girovun açıq hərracda satılaraq kredit borcunun ödənilməsi hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməlidir. Həmçinin, tərəflər arasında bağlanmış girov müqavilələrinin 5.1.4-cü bəndində qeyd edilir ki, girovla təmin edilmiş öhdəlik(lər) girov qoyan (cavabdeh) tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə iddiaçının girov predmetinə tutmanın yönəldilməsi hüququ vardır. Məhkəmə eyni zamanda, tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 1656.67 manat, faiz borcu 702.52 manat, cərimə borcu 160 manat, xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 1668,01 manat, faiz borcu 694.73 manat, cərimə borcu 160 manat, xx.xx.2022-ci il tarixli 698-HQZ- 0761-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 2925.53 manat, faiz borcu 1254.40 manat, cərimə borcu 290 manat, cəmi 9511,86 manat, pul alınıb iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməli, tələb girov predmeti olan Cavabdeh məxsus 1 ədəd, 585 əyarlı, çəkisi 5,50 qram olan qızıl zəncir boyunbağı, 1 ədəd 585 əyarlı, çəkisi 5.96 qram olan qızıl qolbağ, 1 ədəd, 585 əyarlı, çəkisi 4.88 qram olan qızıl sırğa, 1 ədəd, 585 əyarlı, çəkisi 5.24 qram olan qızıl zəncir boyunbağı, 1 ədəd, 585 əyarlı, çəkisi 7.69 qram olan qızıl qolbağ, 1 ədǝd 585 əyarlı, çəkisi 3.16 qram olan qızıl üzük, 1 ədəd, 585 ǝyarlı çəkisi 10.00 qram olan qızıl sırğa, 1 ədəd, 585 əyarlı çəkisi 5.07 qram olan qızıl sırğa, 1 ədəd, 585 əyarlı, çəkisi 5.84 qram olan qızıl zəncir boyunbağı və 1 ədəd 585 əyarlı, çəkisi 5.39 qram olan qızıl qolbağ qızıl-zinət əşyalarına yönəldilməli, əşyalar açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı, xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22 saylı və xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı kredit müqavilələri üzrə borları ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" QSC tərəfindən 118,79 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə nisbətində Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 115,11 manat dövlət rüsumu tutulmalıdır. Bundan başqa, 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 1656.67 manat, faiz borcu 702.52 manat, cərimə borcu 160 manat, xx.xx.2022-ci il tarixli 698-HQZ-0705-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 1668,01 manat, faiz borcu 694.73 manat, cərimə borcu 160 manat, xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 2925.53 manat, faiz borcu 1254.40 manat, cərimə borcu 290 manat, cəmi 9511,86 manat, həmçinin, ödənilmiş dövlət rüsumunun 115,11 manat hissəsi, ümumilikdə 9626,97 (doqquz min altı yüz iyirmi altı manat doxsan yeddi qəpik) manat pul alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb girov predmeti olan Cavabdeh məxsus 1 ədəd, 585 əyarlı, çəkisi 5,50 qram olan qızıl zəncir boyunbağı, 1 ədəd 585 əyarlı, çəkisi 5.96 qram olan qızıl qolbağ, 1 ədəd, 585 əyarlı, çəkisi 4.88 qram olan qızıl sırğa, 1 ədəd, 585 əyarlı, çəkisi 5.24 qram olan qızıl zəncir boyunbağı, 1 ədəd, 585 əyarlı, çəkisi 7.69 qram olan qızıl qolbağ, 1 ədǝd 585 əyarlı, çəkisi 3.16 qram olan qızıl üzük, 1 ədəd, 585 ǝyarlı çəkisi 10.00 qram olan qızıl sırğa, 1 ədəd, 585 əyarlı çəkisi 5.07 qram olan qızıl sırğa, 1 ədəd, 585 əyarlı, çəkisi 5.84 qram olan qızıl zəncir boyunbağı və 1 ədəd 585 əyarlı, çəkisi 5.39 qram olan qızıl qolbağ qızıl-zinət əşyalarına yönəldilsin, əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2022-ci il tarixli 698-HQZ-0521-22 saylı, xx.xx.2022-ci il tarixli 698- HQZ-0705-22 saylı və xx.xx.2022-ci il tarixli 698-HQZ-0761-22 saylı kredit müqavilələri üzrə borları ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-7/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-7/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver