Məhkəmə qərarları › İş №e-2(055)-712/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-712/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-712/2024 24.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 549.61 manat əsas borcun, 46.46 manat faiz borcunun, 50.95 manat cərimənin, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, cəmi 651.02 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 17 iyun 2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən iddiaçı «X3 Azərbaycan» QSC tərəfindən Cavabdeh 500 manat məbləğində 5 il müddətinə kredit kartı limiti (kredit xətti) açılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə ilə müəyyən edilmiş şərtlərlə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin banka 549.61 manat əsas borcu, 46.46 manat faiz borcu, 50.95 manat cərimə, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh 549.61 manat əsas borcun, 46.46 manat faiz borcunun, 50.95 manat cərimənin, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, cəmi 651.02 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 iyun 2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsindən görünür ki, bu müqavilə 500 manat məbləğində 5 il müddətinə kredit kartı limiti (kredit xətti) açılması ilə əlaqədar «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 14 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə 17 iyun 2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə 549.61 manat əsas borcu, 46.46 manat faiz borcu, 50.95 manat cərimə, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, cəmi 651.02 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 17 iyun 2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən iddiaçı «X3 Azərbaycan» QSC tərəfindən Cavabdeh 500 manat məbləğində 5 il müddətinə kredit kartı limiti (kredit xətti) açılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə ilə müəyyən edilmiş şərtlərlə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin banka 549.61 manat əsas borcu, 46.46 manat faiz borcu, 50.95 manat cərimə, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu yaranmışdır. Ona görə də, iddiaçı həmin borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 549.61 manat əsas borcun, 46.46 manat faiz borcunun, 50.95 manat cərimənin, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 549.61 manat əsas borcun, 46.46 manat faiz borcunun, 50.95 manat cərimənin, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, 0.00 manat bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərcinin, cəmi, 651.02 manat məbləğində pul alınıb iddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 549.61 manat əsas borc, 46.46 manat faiz borcu, 50.95 manat cərimə, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, ümumilikdə 651.02 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 681.02 (altı yüz səksən bir manat iki qəpik) manat pul alınıb iddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar