Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-724/2024 03.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə 581.33 manat əsas borc, 97,20 manat faiz borcu, 87.20 manat cərimə, cəmi 765,73 manat borcun tutulması, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 1126.68 manat əsas borc, 187,28 manat faiz borcu, 169.00 manat cərimə, cəmi 1482,96 manat borcun tutulması, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 1230,04 manat əsas borc, 205,13 manat faiz borcu, 184.51 manat cərimə, cəmi 1619,68 manat borcun tutulması, ümumilikdə üç müqavilə üzrə 3868,37 manat borcun və ödənilmiş 59,08 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulması, tutmanın 05 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1120 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 9,93 qram qızıl sırğa-üzüyə, 08 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1460 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,71 qram qızıl qarnitur dəstinə, 04 yanvar 2023-cü il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1440 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,19 qram qızıl qarnitur dəstinə yönəldilməklə həmin girov predmetlərinin hərracda satılaraq tələb edilən borca ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 32% olmaqla, 6 ay müddətinə qaytarmaq şərti ilə 1120 manat kredit verilmiş və həmin kreditə görə tərəflər arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən cavabdeh özünə məxsus olan ümumi dəyəri 1120 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 9,93 qram qızıl sırğa-üzüyü girov qoymuşdur. Bundan başqa, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 32% olmaqla, 12 ay müddətinə qaytarmaq şərti ilə 1460 manat kredit verilmiş və həmin kreditə görə tərəflər arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən cavabdeh özünə məxsus olan ümumi dəyəri 1460 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,71 qram qızıl qarnitur dəstini girov qoymuşdur. Bundan başqa, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 32% olmaqla, 12 ay müddətinə qaytarmaq şərti ilə 1440 manat kredit verilmiş və həmin kreditə görə tərəflər arasında bağlanmış 04 yanvar 2023-cü il tarixli girov müqaviləsinə əsasən cavabdeh özünə məxsus olan ümumi dəyəri 1440 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,19 qram qızıl qarnitur dəstini girov qoymuşdur. Cavabdeh hər üç kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı qarşısında 05 dekabr 2022-ci il tarixli 698- HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə 20 fevral 2024-cü il tarixə olan əsas borcu 581.33 manat, faiz borcu 97,20 manat, cərimə 87.20 manat, cəmi borcu 765,73 manat, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 20 fevral 2024-cü il tarixə olan əsas borcu 1126.68 manat, faiz borcu 187,28 manat, cərimə 169.00 manat, cəmi borcu 1482,96 manat, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 22 sentyabr 2023-cü il tarixə olan əsas borcu 1230,04 manat, faiz borcu 205,13 manat, cərimə 184,51 manat təşkil etmişdir. Hər üç müqailə üzrə borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də cavabdehdən 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə 581.33 manat əsas borc, 97,20 manat faiz borcu, 87.20 manat cərimə, cəmi 765,73 manat borcun tutulması, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 1126.68 manat əsas borc, 187,28 manat faiz borcu, 169.00 manat cərimə, cəmi 1482,96 manat borcun tutulması, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 1230,04 manat əsas borc, 205,13 manat faiz borcu, 184.51 manat cərimə, cəmi 1619,68 manat borcun tutulması, ümumilikdə üç müqavilə üzrə 3868,37 manat borcun və ödənilmiş 59,08 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulması, tutmanın 05 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1120 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 9,93 qram qızıl sırğa-üzüyə, 08 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1460 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,71 qram qızıl qarnitur dəstinə, 04 yanvar 2023-cü il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1440 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,19 qram qızıl qarnitur dəstinə yönəldilməklə həmin girov predmetlərinin hərracda satılaraq tələb edilən borca ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş bütün məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən 1 saylı əlavədən, 05 dekabr 2022-ci il tarixli girov müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, illik 32% olmaqla, 6 ay müddətinə qaytarmaq şərti ilə 1120 manat məbləğində kreditin verilməsi və həmin kreditə görə ümumi dəyəri 1120 manat məbləğində olan 1 ədəd 585 əyarlı, çəkisi 9,93 qram qızıl sırğa-üzüyü girov qoyulması məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən, 08 dekabr 2022-ci il tarixli girov müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, illik 32% olmaqla, 12 ay müddətinə qaytarmaq şərti ilə 1460 manat məbləğində kreditin verilməsi və həmin kreditə görə ümumi dəyəri 1460 manat məbləğində olan 1 ədəd 585 əyarlı, çəkisi 14,71 qram qızıl qarnitur dəstinin girov qoyulması məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən, 04 yanvar 2023-cü il tarixli girov müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, illik 32% olmaqla, 12 ay müddətinə qaytarmaq şərti ilə 1440 manat məbləğində kreditin verilməsi və həmin kreditə görə ümumi dəyəri 1460 manat məbləğində olan 1 ədəd 585 əyarlı, çəkisi 14,19 qram qızıl qarnitur dəstinin girov qoyulması məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 sentyabr 2023-cü il və 20 fevral 2024-cü il tarixli maliyyə arayışlarından və hesabdan çıxarışlardan görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə 581.33 manat əsas borcu, 97,20 manat faiz borcu, 87.20 manat cərimə, cəmi 765,73 manat borcu, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 1126.68 manat əsas borcu, 187,28 manat faiz borcu, 169.00 manat cərimə, cəmi 1482,96 manat borcu, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 1230,04 manat əsas borcu, 205,13 manat faiz borcu, 184.51 manat cərimə, cəmi 1619,68 manat borcu, ümumilikdə üç müqavilə üzrə 3868,37 manat borcu vardır. Cavabdeh 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə cəmi 623 manat, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 469 manat, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 311 manat, ümumilikdə üç müqvilə üzrə 1403 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı və 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehə 1120 manat, 1460 manat və 1440 manat kredit verilmiş və həmin kreditlərə görə cavabdeh özünə məxsus olan ümumi dəyəri 1120 manat məbləğində qızıl sırğa-üzüyü, ümumi dəyəri 1460 manat və 1440 manat məbləğində qızıl qarnitur dəstlərini girov qoymuşdur. Lakin, cavabdeh hər üç müqailə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı qarşısında ödənilməmiş borc öhdəliyi yaranmış və borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də iddiaçı cavabdehdən 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə 581.33 manat əsas borc, 97,20 manat faiz borcu, 87.20 manat cərimə, cəmi 765,73 manat borcun tutulması, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 1126.68 manat əsas borc, 187,28 manat faiz borcu, 169,00 manat cərimə, cəmi 1482,96 manat borcun tutulması, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 1230,04 manat əsas borc, 205,13 manat faiz borcu, 184,51 manat cərimə, cəmi 1619,68 manat borcun tutulması, ümumilikdə üç müqavilə üzrə 3868,37 manat borcun və ödənilmiş 59,08 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulması, tutmanın 05 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1120 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 9,93 qram qızıl sırğa-üzüyə, 08 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1460 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,71 qram qızıl qarnitur dəstinə, 04 yanvar 2023-cü il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1440 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,19 qram qızıl qarnitur dəstinə yönəldilməklə həmin girov predmetlərinin hərracda satılaraq borca ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə 581.33 manat əsas borc, 97,20 manat faiz borcu, 87.20 manat cərimə, cəmi 765,73 manat borcun, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 1126.68 manat əsas borc, 187,28 manat faiz borcu, 169,00 manat cərimə, cəmi 1482,96 manat borcun, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 1230,04 manat əsas borc, 205,13 manat faiz borcu, 184,51 manat cərimə, cəmi 1619,68 manat borcun, ümumilikdə üç müqavilə üzrə 3868,37 manat borcun və ödənilmiş 59,08 manat məhkəmə xərcinin alınıb iddiaçının xeyrinə tutulmasını, tutulmanın 05 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1120 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 9,93 qram qızıl sırğa-üzüyə, 08 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1460 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,71 qram qızıl qarnitur dəstinə, 04 yanvar 2023-cü il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1440 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,19 qram qızıl qarnitur dəstinə yönəldilməklə həmin girov predmetlərinin hərracda satılaraq borca ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə üzrə tələb olunan 87,20 manat məbləğində dəbbə pulunun (cərimənin), 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə tələb olunan 169 manat məbləğində dəbbə pulunun (cərimənin) və 04 yanvar 2023-cü il tarixli 698-HQZ- 0002-23 saylı kredit müqaviləsi üzrə tələb olunan 184,51 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun miqdarı 50 manatadək, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə tələb olunan dəbbə pulunun miqdarı 100 manatadək, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun miqdarı 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə 581,33 manat əsas borc, 97,20 manat faiz borcu, 50 manat cərimə, cəmi 728,53 manat borc, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 1126,68 manat əsas borc, 187,28 manat faiz borcu, 100 manat cərimə, cəmi 1413,96 manat borc, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 1230,04 manat əsas borc, 205,13 manat faiz borcu, 100 manat cərimə, cəmi 1535,17 manat borc, ümumilikdə üç müqavilə üzrə 3677,66 manat borc alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma 05 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1120 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 9,93 qram qızıl sırğaüzüyə, 08 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1460 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,71 qram qızıl qarnitur dəstinə və 04 yanvar 2023-cü il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1440 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,19 qram qızıl qarnitur dəstinə yönəldilməli, həmin girov predmetləri hərracda satılaraq tələb olunan borca ödənilməli, satışdan əldə olunan vəsait borca ödənildikdən sonra artıq qalan hissəsi cavabdehə qaytarılmalı, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 17 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 58,68 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,68 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 05 dekabr 2022-ci il tarixli 698-HQZ-0706-22 saylı kredit müqaviləsi üzrə 581,33 manat əsas borc, 97,20 manat faiz borcu, 50 manat cərimə, cəmi 728,53 manat borc, 08 dekabr 2022-ci il tarixli 698-HQZ-0741-22 saylı kredit müqaviləsi üzrə 1126,68 manat əsas borc, 187,28 manat faiz borcu, 100 manat cərimə, cəmi 1413,96 manat borc, 04 yanvar 2023-cü il tarixli 698-HQZ-0002-23 saylı kredit müqaviləsi üzrə 1230,04 manat əsas borc, 205,13 manat faiz borcu, 100 manat cərimə, cəmi 1535,17 manat borc, ümumilikdə üç müqavilə üzrə 3677 (üç min altı yüz yetmiş yeddi) manat 66 (altımış altı) qəpik alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, tutulma 05 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1120 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 9,93 qram qızıl sırğa-üzüyə, 08 dekabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1460 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,71 qram qızıl qarnitur dəstinə, 04 yanvar 2023-cü il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan ümumi dəyəri 1440 manat məbləğində 1 ədəd 585 əyarlı, çəkisi 14,19 qram qızıl qarnitur dəstinə yönəldilsin, həmin girov predmetləri hərracda satılaraq tələb olunan borca ödənilsin, satışdan əldə olunan vəsait borca ödənildikdən sonra artıq qalan hissəsi cavabdehə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,68 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, cəmi 59 (əlli doqquz) mant 08 (səkkiz) qəpik cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-724/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-724/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver