Məhkəmə qərarları › İş №e-2(055)-74/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-74/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-74/2024 09.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 26 iyul 2021-ci il tarixli, BPM**********03 saylı kredit müqaviləsi üzrə 5000 manat əsas borcun, 45.38 manat faiz borcunun, cəmi 5045.38 manat borcun və 70.46 manat ödənilmiş dövlət rüsumunun və 40(qırx) qəpik bank xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 iyul 2021-ci il tarixli, BPM**********03 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X3 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. Borclu X3nun 23 avqust 2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Sabirabad regional «ASAN xidmət» mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X3nun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Hazırda mərhum borclu X3nun kredit üzrə 5000 manat əsas borcu, 45.38 manat faiz borcu, cəmi 5045.38 manat borcu yaranmışdır. Ona görə də, cavabdeh X3nun vərəsəsi kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada kredit üzrə 5000 manat əsas borcun, 45.38 manat faiz borcunun, cəmi 5045.38 manat borcun, 70.46 manat ödənilmiş dövlət rüsumunun və 40(qırx) qəpik bank xidmət haqqının alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 26 iyul 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum X3 əri olmuş və 23 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun qanuni vərəsəsi olmasına və miras əmlakı qəbut etməsinə baxmayaraq, mərhumun 26 iyul 2021-ci il tarixli, BPM**********03 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 5000 manat məbləğində kredit götürməsindən məlumatı olmamış, mərhumun ölümündən sonra bank tərəfindən əlaqə saxlanıldıqda bu barədə xəbər tutmuşdur. Hazırda iddiaçının tələb etdiyi məbləği ödəməyə maddi imkanı yoxdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə eyniməzmunlu izahat verdilər. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialının 18 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3nun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 26 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 5045.38 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23 avqust 2021-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin 27 avqust 2023-cü il tarixli, 1926 saylı məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 X3nun qanun üzrə vərəsələridir. İşdə olan “Elektron notariat” X1 çıxarışlardan görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 X3nun qanun üzrə vərəsələridir və miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müqafiə Fondunun(DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubuna əsasən 766.88 manat ödənilməmiş qalıq pul məbləğindən, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB X8 X9 xx.xx.2022-ci il tarixli, PHS/1174-2-2022-473 nömrəli məktubuna əsasən hesabında olan 5456.78 manat ödənilməli qalıq pul vəsaitindən və ƏMDK yanında DƏDRX-nin Şirvan ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X2 verilmiş 13040197 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 2.7114 ha olan torpaq sahəsindən ibarətdir. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İş materialları araşdırılarkən müəyyən olundu ki, X3 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 26 iyul 2021-ci il tarixli, BPM**********03 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X3 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. Borclu X3nun 23 avqust 2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Sabirabad regional «ASAN xidmət» mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X3nun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3nun vərəsəsi kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada kredit üzrə 5000 manat əsas borcun, 45.38 manat faiz borcunun, cəmi 5045.38 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada kredit üzrə 5000 manat əsas borcu, 45.38 manat faiz borcu, cəmi 5045.38 manat borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada kredit üzrə 5000 manat əsas borc, 45.38 manat faiz borcu, cəmi 5045.38 manat borc alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70.46 manat dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70.46 manat dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada kredit üzrə 5000 manat əsas borc, 45.38 manat faiz borcu, cəmi 5045(beş min qırx beş) manat 38(otuz səkkiz) qəpik pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70(yetmiş) manat 46(qırx altı) qəpik dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-74/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 09 yanvar 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada kredit üzrə 5000 manat əsas borc, 45.38 manat faiz borcu, cəmi 5045(beş min qırx beş) manat 38(otuz səkkiz) qəpik pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70(yetmiş) manat 46(qırx altı) qəpik dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar