Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-75/2025 23.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 005A********** saylı kredit müqaviləsi üzrə 10646.09 manat əsas bоrc, 2301.35 manat faiz bоrcu və 618.26 manat cərimə borcu olmaqla,cəmi 13565.70 manat, 005KK**********01 saylı kart krediti müqaviləsi üzrə 306.61 manat əsas bоrc, 0.2 manat faiz bоrcu olmaqla,cəmi 306.81 manat, 2 (iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 13872 (on üç min səkkiz yüz yetmiş iki) manat 51 qəpik bоrcun və ödənilmiş 131.62 manat dövlət rüsumununtutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “BanXidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiqetmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13600 (on üç min altı yüz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 005A**********S saylı, xx.xx.2023-cü il tarixli 005A**********SA saylısazişlərlə razılaşmaya və ödəniş planındəyişiklik edilmişdir. O, müqavilənin 7.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçünkredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü krеdit bоrcundan 2953.91 manat ödəmiş, onun 10646.09 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cbəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir vəhəmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndindəgöstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tamqaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 395 gün üçünhesablanmış faiz borcu 2301.35 manat təşkiledir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 395 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 618.26 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinəəsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələbetmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesabköçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa CavabdehAccеssBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 005KK**********01 saylı kart kredit müqaviləsinəsasən 36 (otuz altı) ay müddətinə, aylıq 2% dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit limitiaçılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdimetmişdir. Cavabdeh kart kredit müqaviləsi üzrə 306.61 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin şərtlərinə uyğun olaraqxx.xx.2024-cü il tarixə hesablanmış faiz borcu 0.2 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, kredit alan kredit limitindənistifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdeh yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq həmin məbləğin ödənilməsindən yayınmışdır. Məhkəmə baxışında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 005A********** saylı kredit müqaviləsi üzrə 10248.09 manat əsas bоrc, 2486.95 manat faiz bоrcu və 483.51 manat cərimə borcu olmaqla, cəmi 13218.55 manat, 005KK**********01 saylı kart krediti müqaviləsi üzrə 75.69 manat əsas bоrc, 1.93 manat faiz bоrcu olmaqla, cəmi 77.62 manat, hər 2 (iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 13296 (on üç min iki yüz doxsan altı) manat 17 (on yeddi) qəpik bоrcun və ödənilmiş 131,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edirək izahatında göstərdi ki, övladının təhsili və ev təmiri üçün 13600 manat kredit götürmüşdür. Aylıq ödəniş 512 manat idi. İşlədiyi vaxtda ödənişlər etmiş, sonra işdən çıxdığı üçün və maddi imkanı olmadığından krediti ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 06 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə 36 ay müddətinə, aylıq 1.5833 % olmaqla 13600 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 sentyabr 2022-ci il tarixli kart krediti müqaviləsindən görünür ki, bu müqavilə 36 ay müddətinə, aylıq 2 % olmaqla 500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 06 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 10248,09 manat, faiz borcu 2486,95 manat, cərimə borcu 483,15 manat, cəmi borcu 13218,55 manat təşkil edir. İşdə olan 20 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 06 sentyabr 2022-ci il tarixli kart kredit müqaviləsi üzrə əsas borcu 75,69 manat, faiz borcu 1,93 manat, cəmi borcu 77,62 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə, aylıq 1,5833 % olmaqla 13600 manat məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə, aylıq 2 % olmaqla 500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 005A********** saylı kredit müqaviləsi üzrə 10248.09 manat əsas bоrc, 2486.95 manat faiz bоrcu və 483.51 manat cərimə borcu olmaqla, cəmi 13218.55 manat, 005KK**********01 saylı kart krediti müqaviləsi üzrə 75.69 manat əsas bоrc, 1.93 manat faiz bоrcu olmaqla, cəmi 77.62 manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə cəmi 13296,17 (on üç min iki yüz doxsan altı manat on yeddi qəpik) manat bоrcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 005A********** saylı kredit müqaviləsi üzrə 10248.09 manat əsas bоrc, 2486.95 manat faiz bоrcu və 483.51 manat cərimə borcu olmaqla, cəmi 13218.55 manat, 005KK**********01 saylı kart krediti müqaviləsi üzrə 75.69 manat əsas bоrc, 1.93 manat faiz bоrcu olmaqla, cəmi 77.62 manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə cəmi 13296,17 (on üç min iki yüz doxsan altı manat on yeddi qəpik) manat bоrcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 005A********** saylı kredit müqaviləsi üzrə 10248.09 manat əsas bоrc, 2486.95 manat faiz bоrcu və 483.51 manat cərimə borcu olmaqla, cəmi 13218.55 manat, 005KK**********01 saylı kart krediti müqaviləsi üzrə 75.69 manat əsas bоrc, 1.93 manat faiz bоrcu olmaqla, cəmi 77.62 manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə cəmi 13296,17 (on üç min iki yüz doxsan altı manat on yeddi qəpik) manat borc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 131,62 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 131,62 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 10248,09 manat əsas bоrc, 2486,95 manat faiz bоrcu, 483,51 manat cərimə borcu olmaqla, cəmi 13218,55 manat, xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kart krediti müqaviləsi üzrə 75,69 manat əsas bоrc, 1,93 manat faiz bоrcu olmaqla, cəmi 77,62 manat, hər iki kredit müqaviləsi üzrə cəmi 13296,17 manat və ödənilmiş 131,62 manat dövlət rüsumu, ümumilikdə 13427,79 (on üç min dörd yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-75/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-75/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver