Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-760/2025 29.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Füzuli oğluna qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Füzuli oğluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1792,28 manat əsas borc, 211,17 manat faiz borcu, cəmi 2003,45 manat borc və ödənilmiş 40,03 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Füzuli oğlu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 noyabr 2024-cü il tarixli RGTK1213351C159 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə 25% dərəcəsi ilə 1792,28 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Beləliklə, 14 noyabr 2024-cü il tarixli RGTK1213351C159 saylı kredit müqaviləsi üzrə Cavabdeh Füzuli oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 aprel 2025-ci il tarixə hesablanmış 1792,28 manat əsas borcu, 211,17 manat faiz borcu, cəmi 2003,45 manat borcu yaranmışdır. İddiaçı yaranmış mübahisənin həll edilməsi barədə cavabdehlə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 1792,28 manat əsas borcun, 211,17 manat faiz borcun, cəmi 2003,45 manat borcun və ödənilmiş 40,03 manat dövlət rüsumunun Cavabdeh Füzuli oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 noyabr 2024-cü il tarixli, RGTK1213351C159 saylı kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, bu müqavilə 18 ay müddətinə illik 25% dərəcəsi ilə ödəmək şərti ilə 179,28 manat məbləğində kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Füzuli oğlu arasında bağlanmışdır. İşdə olan 04 mart 2025-ci il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 14 noyabr 2024-cü il tarixli, RGTK1213351C159 saylı kredit müqaviləsi üzrə 1792,28 manat əsas borcun, 211,17 manat faiz borcun, cəmi 2003,45 manat borcun ödənilməsi tələb edilmişdir. İşdə olan 28 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Füzuli oğlunun 07 aprel 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 noyabr 2024-cü il tarixli, RGTK1213351C159 saylı kredit müqaviləsi üzrə 1792,28 manat əsas borcu, 211,17 manat faiz borcu, cəmi 2003,45 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh Füzuli oğlu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 noyabr 2024-cü il tarixli RGTK1213351C159 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə 25% dərəcəsi ilə 1792,28 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Beləliklə, 14 noyabr 2024cü il tarixli RGTK1213351C159 saylı kredit müqaviləsi üzrə Cavabdeh Füzuli oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 aprel 2025-ci il tarixə hesablanmış 1792,28 manat əsas borcu, 211,17 manat faiz borcu, cəmi 2003,45 manat borcu yaranmışdır. İddiaçı yaranmış mübahisənin həll edilməsi barədə cavabdehlə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 1792,28 manat əsas borcun, 211,17 manat faiz borcun, cəmi 2003,45 manat borcun və ödənilmiş 40,03 manat dövlət rüsumunun Cavabdeh Füzuli oğlundan tutularaq iddiaçının xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 noyabr 2024-cü il tarixli, RGTK1213351C159 saylı kredit müqaviləsi üzrə Cavabdeh Füzuli oğlundan 1792,28 manat əsas borcun, 211,17 manat faiz borcun, cəmi 2003,45 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Füzuli oğlundan 14 noyabr 2024-cü il tarixli, RGTK1213351C159 saylı kredit müqaviləsi üzrə 07 aprel 2025-ci il tarixə olan 1792,28 manat əsas borc, 211,17 manat faiz borc, cəmi 2003,45 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 21 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40,03 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,03 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Füzuli oğlundan 14 noyabr 2024-cü il tarixli, RGTK1213351C159 saylı kredit müqaviləsi üzrə 1792,28 manat əsas borc, 211,17 manat faiz borcu, cəmi 2003 (iki min üç) manat 45 (qırx beş) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 (qırx) manat 03 (üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-760/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-760/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver