Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-769/2025 13.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqılab oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra - İddiaçı BOKT MMC) Cavabdeh qarşı kreditin və kredit faizlərinin ödənilməsi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı BOKT MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 957,73 manat əsas borc, 6,13 manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 294 manat borc olmaqla, cəmi 1257,86 manat borcun və 33 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC tələbini onunla əsaslandırmışdır ki, 03 avqust 2019-cu il tarixli 45/0819-110 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 957,73 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 13 iyun 2021-ci il tarixə iddiaçıya 957,73 manat əsas borc, 6,13 manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024cü illər üçün 294 manat borc olmaqla, cəmi 1257,86 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 03 avqust 2019-cu il tarixli 45/0819-110 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 957,73 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış 03 avqust 2019-cu il tarixli 45/0819-110 saylı kredit müqaviləsi üzrə 13 aprel 2021-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-nə əsas borcunun məbləği 957,73 manat manat, faiz borcunun məbləği 6,13 manat, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024cü illər üçün 294 manat borc olmaqla, cəmi məbləği 1257,86 manat təşkil edir. İşdə olan 08 yanvar 2021-ci il tarixli bildirişdən və həmin bildirişin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 03 avqust 2019-cu il tarixli 45/0819-110 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 957,73 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh iddiaçıya 957,73 manat əsas borcu, 6,13 manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 294 manat borc olmaqla, cəmi 1257,86 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı BOKT MMC Cavabdeh 03 avqust 2019-cu il tarixli 45/0819-110 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 957,73 manat əsas borcu, 6,13 manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 294 manat borc olmaqla, cəmi 1257,86 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 03 avqust 2019-cu il tarixli 45/0819-110 saylı kredit müqaviləsi üzrə 957,73 manat əsas borc, 6,13 manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 294 manat borc olmaqla, cəmi 1257,86 manat alınıb İddiaçı BOKT MMC-yə ödənilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 03 avqust 2019-cu il tarixli 45/0819-110 saylı kredit müqaviləsi üzrə 957,73 manat əsas borc, 6,13 manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 294 manat borc olmaqla, cəmi 1257,86 (bir min iki yüz əlli yeddi manat səksən altı qəpik) manat alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-769/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-769/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver