Məhkəmə qərarları › İş №e-2(055)-771/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-771/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-771/2025 02.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 17.970,66 ABŞ dolları- 8.499,98 ABŞ dolları əsas, 3.255,37 ABŞ dolları faiz, 4.959,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.255,52 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 181,65 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 (Hasan) Rüstəm oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 (Hasan) Rüstəm oğluarasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 12.740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 (Hasan) Rüstəm oğlunakredit verilərkən Cavabdeh2 ilə Bank arasında 410002641/ZM saylı xx.xx.2014-cü il tarixliZaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə 04 may 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 10.390,69 (on min üç yüz doxsan ABŞ dolları 69 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. Daha sonra həmin kredit müqaviləsinə 08 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 12.603,51 (on iki min altı yüz üç ABŞ dolları 51 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9.218,04 (doqquz min iki yüz on səkkiz ABŞ dolları 04 sent) ABŞ dolları əsas borc, 3.170,21 (üç min bir yüz yetmiş ABŞ dolları 21 sent) ABŞ dolları faiz borcu və 215,26 (iki yüz on beş ABŞ dolları 26 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-5186/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə icraata cavabdeh Məhəmmədiyev Hasan Rüstəm oğluna aid hissədə xitam verilmişdir. İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya yazılı etiraz təqdim edərək izahatında göstərdi ki, iddia tələbində göstərilən kredit borcu üzrə o, zamin olmuşdur. Məhəmmədiyev Hasan Rüstəm oğlu ilə bank arasında ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır və Məhəmmədiyev Hasan Rüstəm oğluna kredit verilərkən bankla onun arasında 410002641/ZM saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin Cavabdeh1 heç bir aiddiyyəti yoxdur. Hasan Məhəmmədiyev onin iş yoldaşı və Cavabdeh1 qardaşı olmuşdur. Hasan Məhəmmədiyev hərbi hissədə çalışdığı vaxtlarda borcunun olduğunu, bankdan kredit götürmək üçün zaminə ehtiyac olduğunu və həmin krediti 1 il müddətinə bağlayacağını bildirmişdir. O, əvvəlcə razılaşmaq istəməsə də sonradan razılaşıb zaminlik müqviləsi bağlamışdır. Hasan Məhəmmədiyev təxminən 2020-ci il tarixdə vəfat etmişdir. 11 il müddətində ona bankdan Hasan Məhəmmədiyevin borcu ilə bağlı hər hansı məlumat verilməmişdir. Əlavə olaraq bildirir ki, əsas borclu krediti 3 il müddətinə götürübsə öhdəliyin icrası müddəti bitdikdən sonra 2 il ərzində ona qarşı tələb sürülməli olduğu halda ona qarşı tələb 2025-ci ildə olunur. Belə olan halda zaminə qarşı iddia müddəti bank tərəfindən ötürülmüşdür. Əgər kredit restruksasiya olunubsa bu halda zaminin razılığı tələb olunur ki, o, belə razılıqla bağlı nə çağırılmış, nə də hər hansı bir səndə imza çəkməmişdir. Belə olan hada iddia müddəti ötürülmüşdür. İşdə olan İddiaçı ASC ilə Məhəmmədiyev Hasan Rüstəm oğlu arasında bağlanmış xx.xx.2014-cü-ci il tarixdə ********* saylı kredit müqaviləsinə əsasən Məhəmmədiyev Hasan Rüstəm oğlu 36 ay müddətinə, illik 26% olmaq şərtilə, 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü-ci il tarixdə ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017ci il tarixli 2 saylı Əlavə sazişə əsasən cavabdehin qalıq krediti manata konvertasiya edilməklə 12603,51 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü-cu il tarixdə 410002641/ZM saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2014-cü-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Məhəmmədiyev Hasan Rüstəm oğlu) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. İşdə olan xx.xx.2014-cü-cu il tarixdə 410002641/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə sazişə əsasən zaminlik müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məhəmmədiyev Hasan Rüstəm oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddəyə əsasən zaminliyə digər əsaslarla bərabər zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bankla zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədə olduğu müddət göstərilmişdir. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. X2 Rüstəm oğlu arasında bağlanmış kredit müqaviləsinə sonuncu dəfə imzalanmış xx.xx.2017-ci il tarixli 2 nömrəli sazişə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdək uzadılmışdır. Başqa sözlə, borclu Məhəmmədiyev Hasan Rüstəm oğlunun Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, qeyd edilən qanunverilik normasına əsasən əsas öhdəliyin icra müddəti müəyyənləşdirilmiş müqavilələr üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. İddiaçı isə hazırki mübahisə üzrə zamin Cavabdeh2 qarşı iddianı xx.xx.2023-cü ilə qədər irəli sürə biləcəyi halda, xx.xx.2025-ci il tarixdə həm əsas borcluya, həm də zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zaminə qarşı iddia irəli sürmək hüququndan qanunda göstərilən müddət ərzində istifadə etməmişdir. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 75,82 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar