Məhkəmə qərarları › İş №e-2(055)-781/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-781/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-781/2024 05.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 may 2022-ci il tarixli, NSNPU-08119 saylı kredit müqaviləsi üzrə 870,6 manat əsas borc, 36,56 manat faiz borcu, 32,94 cərimə borcu, cəmi 940,10 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 may 2022-ci il tarixli, NSNPU-08119 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə, illik 16% olmaqla 2300 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçıya 870.6 manat əsas borcu, 36,56 manat faiz borcu, 32,94 cərimə borcu olmaqla, ümumilikdə 940,10 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də Cavabdeh 870.6 manat əsas borcu, 36,56 manat faiz borcu, 32,94 dəbbə borcu, cəmi 940,10 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 may 2022-ci il tarixli, NSNPU-08119 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 16% olmaqla 30 ay müddətinə 2300 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 10 may 2022-ci il tarixli, NSNPU-08119 saylı kredit müqaviləsi üzrə 23 may 2024-cü il tarixə əsas borcu 870,6 manat, hesablanmış faiz borcu 36,56 manat, cərimə borcu 32,94 manat olmaqla, ümumilikdə 940,10 manat borcu vardır. İşdə olan 23 may 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 10 may 2022-ci il tarixli, NSNPU-08119 saylı kredit müqaviləsi üzrə 23 may 2024-cü il tarixə yaranmış 870,6 manat əsas borcun, 36,56 manat faiz borcun, 32,94 manat cərimə borcunun, cəmi 940,10 manat borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv edilməsi təklif edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlamış 10 may 2022-ci il tarixli, NSNPU-08119 saylı kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 2300 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə əsas borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməyərək kredit müqaviləsi üzrə iddiaçıya 23 may 2024-cü il tarixə ödənilməmiş 870,6 manat əsas borcu, 36,56 manat faiz borcu, 32,94 manat cərimə borcu, cəmi 940,10 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən 870,6 manat əsas borcun, 36,56 manat faiz borcun, 32,94 manat cərimə borcunun, cəmi 940,10 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 870,6 manat əsas borcu, 36,56 manat faiz borcu, 32,94 manat cərimə borcu, cəmi 940,10 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 870,6 manat əsas borc, 36,56 manat faiz borcu, 32,94 cərimə borcu, cəmi 940,10 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 03 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 870,6 manat əsas borc, 36,56 manat faiz borcu, 32,94 manat cərimə borcu, cəmi 940 (doqquz yüz qırx) manat 10 (on) qəpik borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.üzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar