Məhkəmə qərarları › İş №e-2(055)-792/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-792/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-792/2025 24.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 2346,56 ABŞ dolları - bundan 1159,68 ABŞ dolları əsas, 462,07 ABŞ dolları faiz, 514,78 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,03 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 59,90 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizə ilə məhkəməyə müraciət edərək işə iddia icraatında baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı LPO İddiaçı ASC iddia ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 1.500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli, 59 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1.267,47 (bir min iki yüz altmış yeddi dollar, 47 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır. Həmin Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 02 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilməklə 1.522,25 (bir min beş yüz iyirmi iki dollar, 25 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında göstərmişdir ki, o, İddiaçı ASC ilə olan kredit müqavilənin yenilənməsi ilə bağlı heç bir sənədə qol çəkməmişdir. Kredit müqaviləsi üzrə isə bank tərəfindən 3 il keçəndən sonra yəni 2025-ci ilin may ayında iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 3 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı LPO İddiaçı ASC nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz göndərərək bildirmişdir ki, Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 02 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi xx.xx.2022-ci ildir. Bu isə o deməkdir ki, iddiaçı MM-nin 373.2-ci maddəsinin tələbləri çərçivəsində ən geci xx.xx.2025-ci il tarixədək hazırki tələblə məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı bank tərəfindən isə iddia ərizəsi ilə iddia müddəti ötürülmədən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2025-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün vaxtı mövcud olsa da, iddia müddətinin bitməsinə müəyyən müddət qalmış, yəni xx.xx.2025-ci il tarixdə müvafiq tələblə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edilməsi üçün müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh tərəfindən verilmiş ərizəni (iddia müddətinin tətbiqinə dair) təmin edilməməsini xahiş edirlər. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə, illik 23,5% olmaq şərtilə, 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 59 nömrəli Əlavə sazişə əsasən cavabdehin qalıq krediti restrukzisaziya edilməklə 1267,47 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə sazişə əsasən cavabdehin qalıq krediti restrukzisaziya edilməklə 1522,25 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan 08 aprel 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh LPO İddiaçı ASC-yə 1189,68 ABŞ dolları əsas, 462,07 ABŞ dolları faiz, 514,78 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,03 ABŞ dolları faiz, ümumilikdə 2346,56 ABŞ dolları borcu vardır. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin Sabirabad filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 1.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli, 59 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən cavabdehin bank qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilməklə 1.267,47 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Həmin Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 02 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən cavabdehin bank qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilməklə 1.522,25 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, iddiaçı LPO İddiaçı ASC Cavabdeh 1189,68 ABŞ dolları əsas, 462,07 ABŞ dolları faiz, 514,78 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,03 ABŞ dolları faiz, ümumilikdə 2346,56 ABŞ dolları borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı halda iş materiallarında olan sübutların məcmusu ilə iddiaçı LPO İddiaçı ASC tərəfindən xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə, illik 23,5% olmaq şərtilə, 1500 ABŞ dolları məbləğində kredit verildiyi, cavabdehin isə müqavilənin şərtlərini pozaraq öhdəliklərini yerinə yetirmədiyi, bunulada iddiaçıya ümumilikdə 2346,56 ABŞ dolları borcu qaldığı müəyyən edilmişdir. Yuxarıda göstərilən halları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin sözügedən borcun Cavabdeh tutulmasına dair iddia tələbi əsaslıdır. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İdiaçı tərəfində isə iddia müddətinin tətbiti barədə ərizəyə etiraz göndərilərək, kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci ilədək uzadıldığını, iddiaçı tərəfindən isə iddia müddəti bitmədən, yəni xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia ilə məhkəməyə müraciət edildiyini bildirib, ərizənin təmin edilməməsini xahiş etmişlər. İddiaçı tərəfindən iddia müddətinin ötürlməməsinin əsası kimi kredit müqaviləsi üzrə öhdəliklərin ica müddətinin iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazilə xx.xx.2022-ci il tarixədək uzadıldığı, iddiaçı tərəfindən də xx.xx.2022ci il tarixdən hesablandıqda 3 illik iddia müddəti ötürülmədən xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müracitə edildiyi göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə sazişə onun tərəfindən imza olunmadığını bildirib, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 29 iyul 2025-ci il tarixli, 4/967 saylı rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 59 saylı əlavə sazişdə “Borcalan” qrafasındakı imza, xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişin 1-ci vərəqində aşağı sağ hissdəki imza və 2-ci vərəqəsində “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli, 4/967 saylı rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişin 1-ci vərəqində aşağı sağ hissdəki imza və 2-ci vərəqəsində “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu ekspert rəyi ilə təsdiq olunduğundan həmin əlavə saziş etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsini etibarlı əqd kimi qəbul edərək, həmin müqaviləyə dair iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin müddəti 18 ay müəyyən olunmuşdur. Həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 08 iyun 2017-cu ildən başlamış və iddiaçı müqavilə tələbləri üzrə iddia müddətini keçirməklə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, borcun tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Bundan başqa, iş materiallarında olan sübutlara əsasən iddia axımını başlandığı vaxtdan etibarən cavabdeh tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə hər hansı ödəniş edilməsi, eləcə də həmin müqavilədən irəli gələn tələblər üzrə iddia axımının kəsilməsi üçün əsas olan halların baş verməsi müəyyən edilmir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 59,90 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 29 iyul 2025-ci il tarixli, 4/967 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqinin dəyəri 138 manat təşkil etmişdir. Məhkəmə xərclərinə gəldikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən isə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 59,90 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir İddiaçı LPO İddiaçı ASC-dən ekspertiza xərcinə görə 138 manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 59,90 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı LPO İddiaçı ASC-dən ekspertiza xərcinə görə 138 (bir yüz otuz səkkiz) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar