Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-793/2025 10.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3369,77 manat əsas borcun, 193,56 manat faiz borcunun, 36,17 manat cərimənin, cəmi 3599,5 manat borcun və 56 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 12 oktyabr 2022-ci il tarixli, 002A222858447 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, aylıq 1,6667% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və cavabdehin iddiaçıya 3369,77 manat əsas borcu, 193,56 manat faiz borcu, 36,17 manat cərimə borcu, cəmi 3599,5 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də iddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyəti 3369,77 manat əsas borcun, 193,56 manat faiz borcunun, 36,17 manat cərimənin, cəmi 3599,05 manat borcun və 56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 oktyabr 2022-ci il tarixli, 002A222858447 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, aylıq 1,6667% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışdan görünür ki, 12 oktyabr 2022-ci il tarixli 002A222858447 saylı kredit müqaviləsi üzrə Cavabdeh “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinə 3369,77 manat əsas borcu, 193,56 manat faiz borcu, 36,17 manat cərimə borcu, cəmi 3599,05 manat borcu vardır. İşdə olan 26 fevral 2025-ci il tarixli xəbərdarlıqdan və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh yaşadığı ünvana bildiriş göndərərək, cavabdehdən 12 oktyabr 2022ci il tarixli kredit müqaviləsi üzrə 25 fevral 2025-ci il tarixə olan 3369,77 manat əsas borcu, 193,56 manat faiz borcu, 36,17 manat cəriməni iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə qaytarılmasını tələb etməklə kredit müqaviləsini ləğv etməyi təklif etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 12 oktyabr 2022-ci il tarixli, 002A222858447 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, aylıq 1,6667% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və cavabdehin iddiaçıya 3369,77 manat əsas borcu, 193,56 manat faiz borcu, 36,17 manat cərimə borcu, cəmi 3599,5 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də iddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyəti 3369,77 manat əsas borcun, 193,56 manat faiz borcunun, 36,17 manat cərimənin, cəmi 3599,5 manat borcun və 56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 3369,77 manat əsas borcun, 193,56 manat faiz borcunun, 36,17 manat cərimənin, cəmi 3599,5 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 3369,77 manat əsas borc, 193,56 manat faiz borcu, 36,17 manat cərimə, cəmi 3599,5 manat borc alınıb iddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 01 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, “AccessBank» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3369,77 manat əsas borc, 193,56 manat faiz borcu, 36,17 manat cərimə, cəmi 3599 (üç min beş yüz doxsan doqquz) manat 50 (əlli) qəpik alınıb iddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-793/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-793/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver