Məhkəmə qərarları › İş №e-2(055)-796/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-796/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-796/2025 10.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 866,5 əsas borc, 17,01 faiz borcu, cəmi 883 manat 51 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2019-cu il tarixli **********033 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 885 manat məbləğində vaxtı keçmiş kredit borcunu güzəştli şərtlərlə iddiaçıya qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatına 18 mart 2025-ci il tarixə 866,5 əsas borcu, 17,01 faiz borcu, cəmi 883 manat 51 qəpik borcu ödənilməmiş qalmışdır. Ona görə də iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı Cavabdeh 866,5 əsas borcun, 17,01 faiz borcun, cəmi 883 manat 51 qəpik borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 iyul 2019-cu il tarixli **********033 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı «Finca Azerbaijan” MMM Qeyri- Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh vaxtı keçmiş kredit borcunun qaytarılması məqsədi ilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 885 manat məbləğində kredit verilmişdir. Həmin kredit (restrukturizasiya) müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 60 ay müddətində, illik 1% dərəcəsi ilə 885 manat məbləğində kreditə görə cəmi 27,51 manat faiz ödəməlidir. İşdə olan 18 mart 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, 25 iyul 2019-cu il tarixli **********033 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatına 18 mart 2025-ci il tarixə 866,5 əsas borcu, 17,01 faiz borcu, cəmi 883 manat 51 qəpik borcu vardır. Cavabdeh kredit (restrukturizasiya) müqaviləsi üzrə əsas borcundan 18,5 manat, faiz borcundan 10,5 manat, cəmi 29 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2019-cu il tarixli **********033 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 885 manat məbləğində vaxtı keçmiş kredit borcunu güzəştli şərtlərlə iddiaçıya qaytarmağı üzərinə öhdəlik götürmüşdür.. Lakin kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehin iddiaçıya 18 mart 2025-ci il tarixə 866,5 əsas borc, 17,01 faiz borcu, cəmi 883 manat 51 qəpik borcu yaranmışdır. Ona görə də iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı Cavabdeh 866,5 əsas borcun, 17,01 faiz borcun, cəmi 883 manat 51 qəpik borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı 25 iyul 2019-cu il tarixli **********033 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 866,5 əsas borcun, 17,01 manat faiz borcun, cəmi 883 manat 51 qəpik borcun Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 866,5 əsas borc, 17,01 manat faiz borcu, cəmi 883 manat 51 qəpik borc alınıb iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatına ödənilməlidir. İşdə olan 21 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 866,5 əsas borc, 17,01 manat faiz borcu, cəmi 883 (səkkiz yüz səksən üç) manat 51 (əlli bir) qəpik borc alınıb iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar