Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-823/2023 11.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 2022/00234-01 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə kredit müqaviləsi üzrə 28855.62 manat məbləğində kredit borcu, 4050.21 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu, cəmi 33905.83 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 191.72 manat məbləğində dövlət rüsumunun tutulması,İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzilə tutma yönəlməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən puldan İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə 28855.62 manat əsas borcun, 4050.21 manat faiz borcunun, 1000 manat cərimə borcunun, cəmi 33905.83 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 191.72 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, 2022/00234-01 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə ilə Cavabdeh illik 33% dərəcəsi ilə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 13 sentyabr 2022-ci il tarixli, 2022/00234-01 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdeh-ipoteka qoyan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzili 13 sentyabr 2022-ci il tarixli, 2022/00234-01 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin dəyəri 310000 manat müəyyən edilmiş və həmin ipoteka müqaviləsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyesterində xx.xx.2020-ci il tarixli, **********05-05301-093047 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzili İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 17 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 13 sentyabr 2022-ci il tarixli, 2022/00234-01 saylı kredit müqaviləsi üzrə borcalanın 28855.62 manat əsas borcu, 4050.21 manat faiz borcu, 1000 manat cərimə borcunun, cəmi 33905.83 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, 2022/00234-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə 33% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 fevarl 2020-ci il tarixli **********6 qeydiyyat nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması ilə bağlı bank ilə ipoteka qoyan Cavabdeh arasında 13 sentyabr 2022-ci il tarixli, 2022/00234-01 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16 sentyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh 13 sentyabr 2022-ci il tarixli, 2022/00234- 01 saylı kredit müqaviləsi üzrə 17 may 2023-cü il tarixə 28855.62 manat əsas borcu, 4050.21 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 33905.83 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir Həmin qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfində müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə ipotekanın açıq hərracda satışının ilkin qiyməti ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında ipoteka müqaviləsi bağlanarkən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri alqı-satqı müqaviləsi ilə 310000 manat müəyyən edilmişdir. İpoteka predmetinin qiymətləndirilməsindən uzun müddət keçməsini, həmin vaxtdan daşınmaz əmlakların qiymətinin artmasını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin razılaşdığı qiymət likvid qiymət kimi qəbul edilərək ipotekanın predmetinin ilkin satış (likvid) qiyməti 310000 manat olaraq qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarxili qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405,1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Ona görə də hazırki işdə əsas kredit müqaviləsinə əsasən bağlanmış ipoteka müqavilələri verilmiş kreditin təminatı kimi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş halları və göstərilən hüquq normalarını əsas tutaraq hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzilə tutma yönəlməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən puldan İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə 28855.62 manat əsas borcun, 4050.21 manat faiz borcunun, 1000 manat cərimə borcunun, cəmi 33905.83 manat borcun və iş üzrə ödənilmiş 191.72 manat dövlət rüsumunun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə oradan çıxarılmasıbarədə qətnamə çıxarılmasını tələb etməkdə tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 13 sentyabr 2022-ci il tarixli, 2022/00234-01 saylı kredit müqaviləsi üzrə tələb olunan 1000 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 200 manatadək azaldılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən 191.72 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 191.72 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 2022/00234-01 saylı kredit xətti müqaviləsi ləğv edilməli, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzilə tutma yönəlməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə edilən puldan İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə 28855.62 manat əsas borc, 4050.21 manat faiz borcu, 200 manat cərimə borcu, cəmi 33105.83 manat borc və 191.72 manat dövlət rüsumu ödənilməli, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində ipoteka predmeti olan əmlak boşaldılmalı və orada yaşayan şəxslər əşyaları ilə birlikdə oradan çıxarılmalı, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ipotekaya qoyulmuş Cavabdehnın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzilə tutma yönəldilsin, həmin mənzil açıq hərracda satılsın. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ipotekaya qoyulmuş Cavabdehnın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzilin satışdan əldə edilən puldan 28855.62 manat əsas borc, 4050.21 manat faiz borcu, 200 manat cərimə borcu, cəmi 33105.83 manat borc və iş üzrə ödənilmiş 191.72 manat dövlət rüsumu, cəmi 33297(otuz üç min iki yüz doxsan yeddi) manat 55(əlli beş) qəpik İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M8,m2) ünvanında yerləşən ümumi sahəsi 162.20 kvadratmetrdən ibarət olan 200 nömrəli mənzil hərracda satıldıqdan sonra bir ay müddətində orada yaşayan şəxslər əşyaları ilə birlikdə oradan çıxarılsın və həmin mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-823/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-823/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver