Məhkəmə qərarları › İş №e-2(055)-827/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-827/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-827/2025 30.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ X3 İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması barədə iddia ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9999.43 manat məbləğində əsas borcun, 1732,9 manat məbləğində faiz borcunun, 352.62 manat məbləğində cərimə borcunun və 128 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək abdeh Cavabdehnnun vəfat etdiyi üçünmülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının ərizəyə əlavə etdiyi Saatlı Rayon İcra Hakimiyyəti başçısının Varxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 may 2025-ci il tarixli, 5-69- 47/2-34/2025 saylı məktubdan görünür ki, Cavabdeh 21 avqust 2024-cü il tarixdə Füzuli rayonu Örənqala qəsəbəsində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, qanunda “tərəflərdən biri olan şəxs” ifadəsindən istifadə edilmişdir. Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsində “tərəflərin” anlayışı verilmişdir. Cavabdeh iddianın məhkəməyə verilməsindən əvvəl oldüyündən o, fiziki şəxs kimi iş üzrə tərəf sayıla bilməzdi. Ölmüş şəxsə qarşı iddia verilə bilməz, ölmüş şəxs cavabdeh ola bilməz. Odur ki, Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsində ifadə olunmuş norma yalnız məhkəməyə iddia verildikdən sonra baş vermiş ölüm hallarına şamil olunur. Cavabdeh məhkəməyə iddia verilməsindən əvvəl öldüyündən, ölmüş şəxsə qarşı qaldırılmış iddiaya isə məhkəmədə baxılmalı olmadığından məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verib-verməməsindən asılı olmayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə hakim qərardad çıxarır. İşdə olan 25 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.3-ci maddələrinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, Cavabdeh vərəsələrinə qarşı iddia qaldırmaq hüququ vardır. Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun alınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçıya izah olunsun ki, Cavabdeh vərəsələrinə qarşı iddia qaldırmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar